Xəbər lenti

Rusiyalıların əksəriyyəti demokratiyaya qarşıdır - Sorğu
Siyasət15:15 23.08.2022

Rusiyalıların əksəriyyəti demokratiyaya qarşıdır - Sorğu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyalıların əksəriyyəti (59%) Qərb dəyərlərinə, o cümlədən demokratiyaya mənfi münasibət bəsləyir. Bu insanların yarıdan çoxu belə şeylərin "Rusiya üçün uyğun olmadığına" inanır, digərləri onları dağıdıcı hesab edir.
Bu barədə Qaynarinfo Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzi (ÜİRÖM) tərəfindən təşkil edilmiş sorğunun nəticələrinə istinadən xəbər verir. 
Qərb dünyasına münasibət Rusiya cəmiyyətini açıq şəkildə iki qrupa ayırıb. Birinci kateqoriyaya Qərbin hər şeyinin əleyhdarları daxildir: əsasən aktiv televiziya izləyiciləri (78%), zəif təhsil olanlar (83%), kiçik şəhərlərin sakinləri (64-65%), yaşlılar (70%).
Rusiyanın Qərbdən çox sayda faydalı şeylər ala biləcəyi ideyasının tərəfdarları, ilk növbədə, 34 yaşa qədər gənc respondentlər (50-55%), böyük şəhərlərin sakinləri (42-43%) və internet istifadəçiləridir (48%). Ali təhsilli vətəndaşlar arasında 40%-i Qərbin həyat tərzinə və düşüncəsinə loyallıq ifadə edib.
Nizami Bağırov