Xəbər lenti

“Rusiyanın bu hərəkəti riyakarlıqdır” (MÜSAHİBƏ)
Siyasət12:42 02.08.2023

“Rusiyanın bu hərəkəti riyakarlıqdır” (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin "Hüquq siyasəti və dövlət quruculuğu” komitəsinin üzvü, deputat Fəzail Ağamalının Qaynarinfo-ya müsahibəsi
-Fəzail müəllim, son günlər Ermənistan yenidən siyasi şou göstərərək, Laçın dövlət keçid məntəqəsində təxribata əl atır. Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarəti və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan Azərbaycanın suveren ərazilərinə "humanitar yük” adı altında avtomobil karvanı göndərir. Bəzi Qərb mediası da ermənilərin təzyiq altında olduğunu iddia edir. Baş verənlərə sizin şərhiniz maraqlı olardı...
- Ermənilər  artıq bir həftəyə yaxındır ki, Fransa tərəfindən hazırlanan  bu oyunun icraçılarıdır. 19 yük avtomobilini Laçın dəhlizində saxlamaqla İrəvan növbəti bir avanturaya əl atdı. İyulun 26-dan  ermənilərə məxsus yük maşınları sərhəddimizin önündə, sərhədçilərimizin qarşısında müti vəziyyətdə qalmaqdadırlar. Ermənistan hakimiyyəti özünü gülməli vəziyyətə salıb. Bu "TIR avantürası” iflasa məhkumdur. Çünki həm beynəlxalq hüquq normalarına görə, həm də Azərbaycan dövlətinin sarsılmaz iradəsi və dəyişməz mövqeyinə görə, onlar heç bir halda bizim icazəmiz olmadan Laçın dəhlizindən keçə bilməyəcəklər. Rəsmi Bakının mövqeyi bəllidir. Biz qanunlarımızı tapdalamağa heç kəsə imkan verməyəcəyik. Ermənilər ən müxtəlif üsullarla ölkəmizə qarşı təxribatlar törətməkdə davam edirlər. Ermənistan və onun arxasında duran qüvvələr bizim zəfərimizi həzm edə bilmirlər. 44 Günlük Vətən Müharibəsində də belə idi. Həmin günlərdə də Azərbaycan dövləti Ermənistana dəstək verən böyük güc mərkəzləru ilə üz-üzə idi. Bu müharibədə biz qələbə qazandıq və ədaləti bərpa etdik. Problem artıq tarixə qovuşub. Biz savaşı udmuşuq. Savaşda əldə etdiyimiz qələbə ilə müqayisədə "TIR təxribatı” olduqca önəmsiz məsələdir.
Azərbaycan dövləti qəti qərarını açıqlayıb ki, Laçın dəhlizində nəinki 19 yük maşını, ümumiyyətlə, heç bir quş da bizim icazəmiz olmadan keçə bilməz. Bakı hümanitar yük maşınlarının qarşısını almır, onlar maneəsiz işləyə bilərlər. Lakin Bakı bəyan edib ki, Xankəndinə gedən maşınlar Ağdam yolundan istifadə etməlidirlər.Bu yol həm qısa, həm də daha təhlükəsizdir.Separatçılar isə vəziyyəti gərginləşdirmək istəyirlər. Bakı ilə heç kəs təzyiq və təhdid dilində danışa bilməz. Bunu hamı anlamalıdır. Dünyanın istənilən humanitar təşkilatı hansısa xalqa yardım, kömək etmək istəyirsə, ilk növbədə bu xalqın mənsub olduğu dövlətdən icazə alınmalıdır. Azərbaycan hüquqi dövlətdir. Bizim qanunları kimsə poza bilməz. Əgər Xankəndində yaşayan ermənilərin xaricilərin yardımına ehtiyacı varsa, ancaq təklif olunan variantla buna nail ola bilərlər. Düşünürəm ki, Xankəndidə yaşayan ermənilərin buna ehtiyacları yoxdur. Xankəndidə 24-25 min yerli erməni yaşayır. Qalanları isə Suriyadan, Livandan və digər ölkələrdən gətirilənlərdir. Əgər onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr, bayrağımızı öpüb, onun qarşısında diz çöksələr, 24-25 min erməni icması ölkəmizin geniş imkanları daxilində hər bir şeylə təmin oluna bilər.Onların həm ərzaq, həm də tibbi ləvazimat, elektirik enerjisi, təbii qazla təcihaztında və təminatında heç bir problem olmayacaq. Azərbaycan öz daxili imkanları ilə pandemiya dövründə onlarla Qoşulmama Hərakatı ölkələrinə maddi yardım göstərdi. Bu gün Azərbaycan Avropa enerji təhlükəsizliyin təminatında ciddi rolu olan ölkədir. Xankəndini elektirik enerjisi, təbii qazla və digər lazımı vasitələrlə təmin etmək ölkəmiz üçün heç bir problem yaratmır.Bunun üçün bir tələb var. Orada yaşayan ermənilər ağıllanmalı, Azərbaycanın qanunlarına əməl etməlidirlər.
- Rusiya Laçın dəhlizində dayanan TIR-larla bağlı susqunluq nümayiş etdirir. Sanki vəziyyətin gərginləşməsində Kreml də maraqlıdır...
- Əslində, TIR maşınlarının Laçın dəhlizində dayanması Rusiyanın da straterji maraqlarına uyğun gəlmir.Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə oyunu Franda oynayır. Rusiya isə o ərazilərdə möhkəmlənmək arzusundadır. Yəni, sözügedən 19 yük maşını ilə bərabər, Avropanının 17 ölkəsinin səfirləri bayraqları ilə Xankəndiyə daxil olmaq istəyirlər. Bu məsələ bizimlə bərabər, Rusiyanın strateji maraqları ilə üst-üstə düşmür. Ona görə Rusiya bu məsələdə susqunluq göstərir. Əks təqdirdə, Azərbaycana təzyiq edənlərin başında elə Rusiyanın özü dayanardı. 
- Lakin onu da unutmayaq ki, Ermənistanın Qarabağa humanitar yardım karvanı göndərməsi şousunda Qərb ölkələrinin səfirlərinin, Avropa İttifaqının rəsmi şəxsləri ilə yanaşı Rusiya səfirliyinin də canfəşanlığı diqqət çəkir. Kreml bununla nə demək istəyir?  
- 19 yük maşınının yer aldığı karvanı müşayiət edən Qərb nümayəndələri Ermənistan rəsmiləri ilə birgə hərəkət edirlər. Bunların sırasında Rusiya səfirliyinin əməkdaşları da var. Bu da riyakar bir mövqeyin ifadəsidir. Yəni, Moskva "mən də burada varam” mesajını verir. Rusiya demək istəyir ki, Kreml hümanitar yüklərin keçməsinə müsbət yanaşır, lakin Bakı buna imkan yaratmır. Amma bununla da nə dəyişəcək? Azərbaycan öz haqlı mövqeyindən əl çəkməyəcək. Nə Qərb ölkələrinin, nə  də ki Rusiyanın bəyanatları Azərbaycanın mövqeyinə təsir edə bilməz. Yük maşınlarının Laçın dəhlizindən keçilməsinə Bakı icazə verməyəcək. Şimal qonşumuz yenə öz oyununu oynayır. Rusiya Azərbaycana qarşı heç vaxt səmimi olmayıb. Kremli ancaq bir məsələ düşündürür - Qafqazda - Ermənistanda, Azərbaycanda mövcudluğunu qoruyub saxlamaq.  Bu dəfə də Kremlin arzusu ürəyində qalacaq və planları baş tutmayacaq. 
- Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Ağasandyan bəyanat verib ki, KTMT Ermənistan sərhədində missiya yerləşdirmək məsələsinə qayıtmağa hazırdır. Bu bəyanatın indiki şəraitdə yenidən səsləndirilməsinin səbəbləri nədir?
- Rusiya məkrli planlarından əl çəkmək istəmir. KTMT ordusunu sərhədə yerləşdirməklə Kreml Azərbaycan və Ermənistanda öz mövqeyini gücləndirmək istəyir.Əslində, bu bəyanat Azərbaycanın suverən hüquqlarına hörmətsizlikdir. Buna qətiyən yol vermək olmaz. Onsuz da Rusiya sülhməramlıları Laçın dəhlizindən bir neçə yüz metrlikdə yerləşən, ermənilərin olduğu ərazilərdə öz postlarını qurublar.Ancaq onlar Azərbaycanın sərhəd keçid məntəqələrinə belə burunlarını soxmaq istəyirlər. Ermənistan kimi forpost ölkə buna imkan verə bilər. Yəni, KTMT Ermənistanın sərhədində yerləşə bilər. Azərbaycan isə müstəqil dövlətdir. Dövlət sərhədimizin daxilində heç bir xarici dövlətlərin qoşunları yoxdur və olmayacaq. Sərhədlərimizi, vətənimizi orudumuz qoruyur. Təhlükəsizlik təmin olunub. Bu baxımdan, Rusiyanın daxili işlərimizə qarışmasına, sərhədimizi "qoruması”na heç zaman yol vermək olmaz. 
- Bakıya münasibəti xoş olmayan iki ölkə - Rusiya və İranın əlaqələri genişlənməkdədir. Məsələn, Mazandaran vilayəti ilə Rusiya arasında hava və dəniz xətti açılır və bununla bağlı dövlətlər arası müqavilə imzalanıb. Buradan hansı yüklər daşına bilər?
- Unutmayaq ki, 1828-ci il Türkmənçay Sülh Müqaviləsi imzalanandan sonra Rusiya və İran strateji maraqlarını uzlaşdırıblar. İran və Rusiya iki əsrə yaxındır ki, strateji əməkdaşlıqlarını davam etdirilər. İndiki çətin dönəmdə belə, Rusiyanın Ukraynaya təcavüzünə dəstək verən ölkə İrandır. Rusiyanı bu müharibədə silahla təhciz edən barmaqla sayılacaq ölkələrdən biri İrandır. Bu ölkənin dronları, raketləri bu gün Rusiya vasitəsi ilə Ukraynada böyük faciələr yaşatmaqdadır. Digər tərəfdən, Rusiya və mollakratiya Azərbaycanın inkişafına və bütövləşməsinə mane olmaq niyyətindədirlər. Azərbaycanı ikiyə parçalayan Rusiya və İran Vahid Azərbaycanın yaranmasından qorxurlar. Hər iki ölkənin bizə düşmın mövqeyi bəllidir. Bu, tarixdən qaynaqlanır. O ki qaldı İran və Rusiyanın Mazandaran vasitəsilə hava və dəniz əlaqələrinin qurulmasına, bu, Rusiyanın düşdüyü ağır durumla bağlıdır. Rusiya boğulur. Şimal qonşumuz özünə yeni nəfəslik axtarır. Belə nəfəsliklərdən biri də Zəngəzur dəhlizi ola bilər. Rusiya öz strateji maraqlarına uyğun olaraq, bu layihənin reallaşmasını istəyir.
ABŞ Paşinyan vasitəsi ilə buna mane olmağa çalışır. 2020-ci il 10 noyabr bəyanatında da göstərilir ki, Zəngəzur dəhlizi boyunca Ermənistan sərhədini Rusiya hərbçiləri qorumalıdır.Ermənistaının dəmir yolları Rusiyanın dəmir yollarının bir hissəsidir. İran da öz maraqlarına görə bu dəhlizin açılmasının əleyhinədir. Bu gün Rusiyanın Qərblə sərhədləri bağlıdır. Cənub istiqmətində də eyni vəziyyətdir. Onu da unutmayaq ki, "Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı müqavilələr imzalanıb və müəyyən işlər görülüb. Astara istiqamətində dəmir yolunun tamamlanması işləri davam edir. Göründüyü kimi, Rusiyanın İrana yük daşıması xeyli məhduddur. Bu baxımdan, Mazandaran Rusiya üçün dəniz və hava yolu ilə yeni bir nəfəslikdir. Rusiya bu yolla ərəb ölkələri ilə ticari və iqtisadi əlaqələrini də qurmağa çalışır. 
- Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan və bir neçə gün əvvəl Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryanın azad olunması üçün bəzi yersiz çağırışlar edilir. Belə çağırışlar hansısa nəticələr verə bilərmi?
- Vaqif Xaçatryan kimi qatili müdafiə edənlərin özləri də cinayətkardır. Meşəlidə, Ağdabanda və digər yerlərdə soyqrım törədən, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal edən, minlərlə soydaşımızı qətlə yetirən, evləri viran edən, tarixi abidələrimizi yerlə yeksan edən ermənilər 2020-ci ilin noyabrın 10-na qədər elə həmin qüvvələr tərəfindən müdafiə olunurdu. Torpaqlarımızı azad etməklə biz erməniləri və onları müdafiə edənləri məyus etdik. Bizimlə heç kəs hədə və şantaj dili ilə danışa bilməz. Biz qalib xalqıq.
Əhməd