Xəbər lenti

Rusiyanın ən gözəl baykeri Türkiyədə qəzada öldü (FOTO)
Foto 17:22 23.07.2024

Rusiyanın ən gözəl baykeri Türkiyədə qəzada öldü (FOTO)

Sosial şəbəkələrdə "Rusiyanın ən gözəl baykeri” kimi tanınan bloger Tatyana Ozolina Türkiyədə dəhşətli qəza nəticəsində dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, onun motosikleti yük maşınına çırpılıb.

Ozolina sosial şəbəkələri "MotoTanya" ləqəbi ilə idarə edirdi: onun "TikTok"da 5 milyon, "YouTube"da 2 milyon və "Instagram"da 1 milyondan çox abunəçisi var idi.

OÖzolina motosikletlə Türkiyənin Bodrum və Muğla şəhərləri arasında hərəkətdə olub. Hadisə şahidlərinin sözlərinə görə, o, qırmızı BMW markalı motosikletinə idarəetməni itirib, yük maşınına çırpılıb və təcili yardım gələnə qədər hadisə yerində ölüb. Türkiyəli bayker Onur Obut Ozolina ilə birlikdə olub - o, ağır xəsarətlər alıb və hazırda xəstəxanada müalicə olunur. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->