Məşhur idmançı, ağır çəkidə boks üzrə dünya çempionu olan Nikolay Valuevi demək olar ki, hamı tanıyır.
Rusiya mətbuatı cəmiyyəti boksçunun həyat yoldaşı ilə də tanış edib. 150 kiloqramlıq çəki və 213 sm boya sahib olan Valuevin xanımı boyca ondan düz 50 sm balaca imiş. 163 sm boya malik olan Qalina əri ilə özünü Rusiyanın ən qeyri-adi cütlüyü hesab edir.
Xanım Valueva qeyd edib ki, boyunun ərindən balaca olmağına baxmayaraq, evdə bütün qərarlar onun razılığından sonra verilir.(“Qafqazinfo”)