Xəbər lenti

Rusiyanın gərginliyi azaltmaqla bağlı cavabına Qərbin reaksiyası necə olacaq?
Siyasət10:54 18.02.2022

Rusiyanın gərginliyi azaltmaqla bağlı cavabına Qərbin reaksiyası necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarşılıqlı etimad yaratmaq üçün gərginlik yaradan 150 minlik rus qoşunu tədricən əvvəlki yerinə dislokasiya olunmalıdır. Qərb bunu görmədən belə cavabları və danışıqları ciddi qəbul etməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya rəsmilərinin son zamanlar yaşanan gərginliyi azaltmaq üçün Qərbə ünvanladıqları cavab məktubunu şərh edərkən deyib.
Ekspert düşünür ki, Rusiya əvvəllər irəli sürdüyü 3 əsas şərtdən müəyyən mənada geri çəkilib:
"Rusiyan tərəfindən NATO-nun 1997-ci il mövqeyinə doğru geri çəkilməsi kimi əvvəllər irəli sürdüyü iddialar artıq mövcud deyil. Bu şərtlər içərisində əsasən Ukrayna ilə bağlı məqamlar yer alır. Kreml davamlı olaraq Ukraynaya göndərilən öldürücü silahların gətirilməsinin dayandırılmasını, verilən silahların geri alınması, Ukraya ordusuna təlim keçən hərbçi mütəxəssislərin geri çağırılmasını tələb edir. Eyni zamanda, Kiyevin NATO-ya üzvlükdən imtina etməsi də şərt kim qoyulub”.
Həmsöhbətimizə görə, tərəflər arasında gələcək perspektivdə qarşılıqlı olaraq hərbi qüvvələrin geri çəkilməsi, bu kontekstdə strateji silahların da geri alınması müzakirə predmeti ola bilər:
"Ukrayna-Rusiya hərbi gərginliyi ərəfəsində vəziyyətdən istifadə edən ABŞ başda olmaqla NATO Şərqi Avropa ölkələrinə, o cümlədən Qara dəniz sahili ölkələrinə qoşun göndərib. Bu proses davamlıdır və çevik NATO qüvvələrinin Qara dəniz sahili ölkələri olan Rumıniya və Bolqarıstana göndərilməsi də plandadır. Moskva bu prosesin də dayandırılmasını istəyir”.
Politoloq qeyd edir ki, Qərb bu məsələlərlə bağlı müzakirələrə hazırdır. Ancaq Rusiyanın bu yöndə addım atacağına inanması üçün Qərb Rusiya qoşunlarının Ukrayna sərhədindən geri çəkilməsini görmək istəyir: 
"Rusiya isə bununla bağlı manevrlər edir. Rusiya qoşunlarının geri çəkilməsi adı altında əslində müəyyən yerdəyişmələr müşahidə olunub. Ancaq tezliklə bəlli oldu ki, rus qoşunları Ukrayna sərhədindən nəinki geri çəkilir, əksinə, yeni qüvvələri cəlb edir. Donbasda da separatçıların təxribatlarına rəvac verirlər”.
Rüfət Sultan