Xəbər lenti

Rusiyanın
Dünya 20:10 01.11.2024

Rusiyanın "Google"a qarşı iddiasının məbləği dünya sərvətinin həcmini dəfələrlə üstələdi

"Rusiya telekanallarının "Google"a qarşı iddiasının məbləği dünyada toplanmış bütün sərvətlərin məbləğindən minlərlə dəfə çoxdur".

Valyuta.az xəbər verir ki, bunu "The Washington Post" (WP) yazıb.

"YouTube" videohostinqində hesabların bloklanması işində 17 kanal iştirak edir. Onların arasında "Zvezda”, "Birinci Kanal”, "Moskva Media”, "TV-Center”, NTV, "Rossiya 1”, "Rossiya 24” kanalları var. Şirkətlər "Google"dan 36 sıfır olan təzminat tələb edir.

"The Boston Consulting Group"un hesablamalarına görə, 2024-cü ildə bütün dünyanın ümumi sərvəti 477 trilyon dollar və ya təxminən 46 katrilyon rubl (15 sıfır) səviyyəsində qiymətləndirilir.

Cərimə ödənişləri gecikdirdiyi üçün hər gün artmaqda davam edir. Analitiklərin fikrincə, Amerika şirkətinin borcunun ölçüsü tezliklə googol səviyyəsinə çata bilər - 100 sıfır. Məhz bu rəqəm "Google" axtarış sisteminin adının yaranmasına ilham verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->