Xəbər lenti

Rusiyanın gücü artıq tükənib – Politoloq
Siyasət08:24 25.08.2022

Rusiyanın gücü artıq tükənib – Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya ilə müharibə aparan Kiyev artıq Krımı azad edəcəyini bəyan edir. Bu günlərdə onlayn formada Krım Platformasının zirvə toplantısı keçirildi. Əvvəlki platformada 45 ölkə təmsil olunmuşdusa, bu dəfəki tədbirə 60 ölkə rəhbərləri cəlb olunmuşdu. Yığıncaqda Krımın geri qaytarılacağına dair nikbinlik hökm sürürdü. Ukrayna Prezidenti buna inanır. Tərəfdaş ölkələr isə ən azından bunu qeyri-mümkün saymırlar. Polşa Prezidenti Duda bildirib ki, fevralın 23-ü vəziyyətinə qayıtrmaq olmaz, Krım da mütləq azad edilməlidir. Fransa Prezidenti Makron da sərt mövqe ortaya qoyaraq bəyan edib ki, Rusiyaya qarşı zəiflik göstərmək, onunla hər hansı bir kompromisə getmək olmaz. Ərdoğan da onlayn çıxışında Krımın Ukraynaya qaytarılmalı olduğu fikrini səsləndirib. Bundan öncə isə Zelenski də bəyan etmişdi ki, "müharibə Krımın işğalı ilə başladığı kimi, Krımın azad edilməsilə də bitəcək”.
Digər tərəfdən, artıq Rusiya-Ukrayna müharibəsinin 6 ayı başa çatıb.  Müharibə Rusiya ordusunun gücü barədə bu günə qədər səslənən mifləri alt-üst etdi. Moskva iki günə Kiyevi tutmağı qarşısına məqsəd  qoysa da, bu xülyasından çox-çox uzaqdadır. Rusiya yalnız ölkənin şərq  və cənubunda bəzi ərazilərin işğalına nail olub. Lakin indi həmin əraziləri  də əlində saxlamaqda çətinlik çəkir.Çünki Qərb tərəfindən ən müasir  silahlarla silahlanan Ukrayna düşmənə sarsıdıcı zərbələr vurmaqla onu canlı qüvvə və hərbi texnika baxımından xeyli itkilərə məruz qoyub. 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən konfliktoloq Üzeyir Şəfiyevin fikrincə, Krımın azad edilməsi Ukraynanın dövlət və xalq olaraq iradəsindən və bu müharibədə marağı olan Qərbin iradəsinin gücündən asılı olacaq:
"Krım dünya birliyi və geosiyasi güclər tərəfindən birmənalı şəkildə de-yure Ukrayna ərazisi kimi tanınır. Bu fonda da birmənalı şəkildə ortaya mövqe qoyurlar ki, Krım Ukraynaya qaytarılacaq. Rusiyada neoimperalizm meylləri güclənib. NATO rəsmisinin son çıxışı da göstərir ki, onlar sonadək Kiyevin yanında olacaqlar. Onlar Rusiyanı yerində otuzdurmaqda israrlıdır. Onlar bilirlər ki, Rusiyanınq qarşısına "stop” qoyulmasa onun iştahası daha da artacaq. Son zamanlar Rusiyanın daha çox sülhə çaba göstərməsi də Moskvanın əks tərəfdə kifayət qədər böyük iradənin olduğunu anlamasından qaynaqlanır. Rusiyanın gücü tükənir”.
Müharibənin 6 ayının yekunlarını dəyərləndirən həmsöhbətimiz qeyd edir ki, müharibənin qalibi yoxdur: "Qalibi görmürəm. Qələbə çalanlar  da yalnız "pir qələbəsi” əldə edə bilər. Düzdür, Ukraynanın bütün resurslarına böyük zərbə dəyib. Lakin Rusiya da anoloji itkilərlə üzləşib. Prosesdən qazanan ancaq Qərbdir. Qərb enerji böhranına düşsə də,  Rusiyanı taqətdən salmağa nail olub. Bir qədər də iradə nümayiş  etidrsələr həmin məsələdə daha da irəli gedə bilərlər. Əslində, bütün dünya ərzaq qıtlığı və enerji təhlükəsizliyi səviyyəsində müharibənin   acısını çəkir. Bir sözlə, müharibənin acısını bütün dünya hiss edir”.
Rüfət Sultan