Dünya 15:51 19.07.2022

Rusiyanın İrandakı erməni səfirinin sözləri qəzəbə səbəb oldu

Rusiya səfiri İran xalqı ilə Qacar dövrünün müstəmləkəçi diliylə danışmamalıdır.

Qaynarinfo xəbər verir ki, bu sözləri İranın məşhur "Jomhuri-e-Eslami" qəzeti yazıb.

"Jomhuri-e-Eslami” qəzeti Rusiyanın İrandakı erməni əsilli səfiri Levan Caqaryanın son sözlərindən sonra qeyd edib ki, Qacar tarixinin tədqiqi göstərir ki, indiki Rusiya səfiri əvvəlki rusiyalıların "müdaxilə şoularını” təkrarlamağa çalışır.

"J-e-press” qəzetinin yazdığından məlum olur ki, səfir çox absurd bəyanatlar verib və deyib ki, İran mətbuatı Ukraynaya qarşı müharibə və ya təcavüz sözünü deyil, "xüsusi əməliyyatlar” sözünü işlətməlidir. Bundan başqa o, bir müddət əvvəl deyib ki, İranın əsl dostu Rusiyadır və İran xalq bilməlidir ki, Qərbin İran üçün istədiyi homoseksuallıq kimi dəyərsiz şeylərdir.

Erməni səfir son çıxışında heç bir sənəd təqdim etmədən iddia edib ki, İranın Buşehr AES-ə görə Rusiyaya bir neçə yüz milyon dollar borcu var və əlavə edib ki, "mən hər şeyi deyə bilmirəm, çoxlu sirlər var... "Rusiya hökuməti İranın pis iqtisadi vəziyyətini nəzərə alaraq bu günə qədər bu borcun geri qaytarılmasını tələb etməyib". 

Halbuki İranın Nüvə proqlamlarının rəsmilərinin dəfələrcə söylədiklərinə görə, İranın Buşehr AES-ə görə Rusiyaya heç bir borcu yoxdur.

Vurğulanir ki, onun digər əsassız açıqlamaları da həmişə İran mətbuatında böyuk qalmaqal və mənfi reaksiyalarla qarşılanır.

Qeyd edək ki, Rusiyanın İrandakı səfiri erməni əsillidir və o, əsasən ehtiyatsız sözləri və İranın daxili işlərinə qarışan bəyanatları ilə seçilir.

Aydın