Rusiya kəşfiyyatı irlandiyalı deputatı "köstəbək” və emissar kimi fəaliyyət göstərmək üçün casusluğa cəlb edib. İrlandiyanın Baş naziri Simon Harris bundan heç də təəccüblənmədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat
yayıb.
Deputat həbs olunmayıb və ya ona qarşı ittiham irəli sürülməyib, çünki o, Rusiya səfirliyində işləyən Kreml agentləri ilə əlaqələr qurarkən heç bir cinayət törətməyib.
Buna görə də, İrlandiyanın iddiaçılar üçün son dərəcə əlverişli böhtan qanunları fonunda, rəsmilər deputatın adının ictimaiyyətə açıqlanmaması lazım olduğunu söyləyiblər.
Jurnalistlər Harrisə parlamentdə Rusiya kəşfiyyatının "köstəbəyi” olub-olmadığını soruşduqda, İrlandiyanın baş naziri məlumatı təsdiq edə bilməyəcəyini söyləyib, lakin əlavə edib ki, "bu, heç birimiz üçün sürpriz olmamalıdır".
Harris qeyd edib ki, Moskvanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalına başladıqdan sonra digər ölkələrdə olduğu kimi İrlandiyada da Rusiya kəşfiyyatının bu cür səyləri güclənib.
Həmin zaman İrlandiya ölkənin siyasi və işgüzar dairələrində kəşfiyyat agentləri cəlb etməkdə ittiham olunan dörd rusiyalı diplomatını ölkədən qovub. Buna cavab olaraq Moskva onlarla irlandiyalı siyasətçinin Rusiyaya girişini qadağan edib.
"Rusiya ictimai rəyi təhrif etməyə çalışır və bütün dünyada bu istiqamətdə fəallıq göstərir. İrlandiya bundan sığortalanmayıb", - Harris bildirib.
Rəsmilər "Politico”ya bildiriblər ki, millət vəkili 2019-cu ildə Rusiya İrlandiya ilə Britaniya arasında, xüsusən də Britaniyanın Şimali İrlandiya bölgəsində Brexit ilə bağlı gərginliyi qızışdırmağa çalışdığı üçün casusluğa cəlb edilib.
Harris İrlandiyanın ikipalatalı parlamentinin oturan üzvü olan deputatla bağlı İrlandiya kəşfiyyatının xüsusiyyətlərini müzakirə edə bilməyəcəyini söyləyib.
"Aydındır ki, incə məqamlara görə biz heç vaxt təhlükəsizlik məsələlərini şərh etmirik”, - deyə baş nazir bildirib.
Deputatı casusluğa cəlb etdiyi iddia edilən Ruiyas casusu Sergey Prokopyev 2022-ci ilin martında İrlandiyadan qovulmuş Rusiya səfirliyinin dörd əməkdaşı arasında olub. Onların hamısının Rusiya hərbi kəşfiyyat xidməti QRU-nun üzvləri olduğu və casusluqla məşğul olduqları müəyyən edilib.
"The Sunday Times” yazır ki, Prokopyev qovulduqdan sonra siyasətçi ilə romantik əlaqə saxlamaq üçün vaxtaşırı Dublinə göndərilən rusiyalı qadın agenti vasitəsilə İrlandiyalı qanunverici ilə koordinasiyanı davam etdirib.
"Politico”nun məlumatına görə, siyasətçi solçu müxalifətin üzvüdür.
Rəsmilər bildiriblər ki, polis deputata əlaqəni dayandırmağı əmr edib, lakin o, qulaq asmayıb. Onlar bildiriblər ki, onun davranışı ilə bağlı aparılan araşdırmalar onun ruslardan pul alması və ya onlara dövlət sirri təşkil edən sənədləri verdiyinə dair heç bir sübut tapmayıb.
Nizami Bağırov
Şərhlər