Dünya 10:50 15.02.2024

Rusiyanın ötən gecə Kiyevə atdığı bütün raketlər vurulub

Fevralın 15-nə keçən gecə Rusiyanın Kiyevə atdığı bütün raketlər məhv edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kiyev Şəhər Administrasiyası (KQBA) "Telegram"da bildirib.

"Ukraynaya növbəti raket zərbəsi. Zərbə birləşmiş zərbədir. Xüsusilə, düşmən Kiyevə müxtəlif tipli raketlər atıb. Onlar müxtəlif istiqamətlərdən şəhərə yaxınlaşıblar. Hava hücumu xəbərdarlığı paytaxtda 2 saatdan çox davam etdi. Hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə düşmənin Kiyevə doğru uçan bütün raketləri məhv edildi”, deyə KQBA rəhbəri Sergey Popko yazıb.

O, əlavə edib ki, raketlərin dəqiq sayı və növü Hərbi Hava Qüvvələri tərəfindən açıqlanacaq.

İlkin məlumatlara görə, paytaxtda tələfat və dağıntı yoxdur.

"Şəhərin həyat təminatı sistemi normal işləyir. Əla işlərinə görə hava hücumundan müdafiə əsgərlərinə təşəkkür edirik", deyə Popko yekunlaşdırıb.

Alpər