Xəbər lenti

Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün uzaqda deyil - Deputat
Ekonomiks08:57 07.03.2022

Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün uzaqda deyil - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun fikirincə, rəsmi Vaşinqtonun OPEC-ə hasilatın artırılması ilə bağlı açıq mesajlar göndərəcəyi də gözləniləndir:
"Bununla da Qərb OPEC vasitəsi ilə Rusiya ixracatına digər alternativ mənbənin əldə edilməsinə və qiymətlərin kəskin artımının qarşısını almağa çalışacağı istisna deyil”.
Vüqar Bayramov birjalarda neftin qiyməti son 10 ildə rekord səviyyədə yüksələrək 1 barelinin 130 dollara çatdığını vurğulayıb:
"ABŞ Dövlət katibinin Rusiya neftindən imtina müzakirələrinin aparıdığı ilə bağlı açıqlamasından sonra neft bazarına psixoloji təzyiqlər güclənib. Digər tərəfdən, ABŞ qanunverici orqanı da Rusiyanın yalnız xam netfindən deyil, həmçinin enerji məhsullarından imtina ilə bağlı araşdırmaların aparıldığı bildirib. Bu arada Qərb ölkələrinin İranı yenidən neft bazarına qaytarmaqla danışaqlar apardığı bəlli olub. 157 tirlyon barel neft ehtiyatları ilə dünyada 4-cü ən böyük rezervlərə malik olan cənub qonşumuz gündəlik 2.4 milyon barel neft hasil edir. Gündəlik 1 milyon barelə yaxın xam neft ixracatı olan İran dünya rezervlərinin 1/10-ə malikdir.
Bununla belə, İran gündəlik neft hasilatını qısa zamanda sanksiyalardan əvvəlki səviyyəyə - gündəlik 4.5 milyon barelə çatdırmaq imkanlarına malikdir. Bu isə cənub qonşumuzun daha qısa zamanda qlobal neft bazarına daxil ola biləcəyi anlamına gəlir”.
Deputat onu da əlavə edib ki, Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır.
Bahar Rüstəmli