Xəbər lenti

Rusiyanın Xalq artisti konsertində Ukrayna dilində mahnı oxudu (VİDEO)
Sənət 19:57 18.11.2023

Rusiyanın Xalq artisti konsertində Ukrayna dilində mahnı oxudu (VİDEO)

Ukraynada müharibə başlayandan sonra Rusiyada çıxış etməyən müğənni Tamara Qverdtsiteli Qazaxıstanda Ukrayna dilində mahnı oxuyub. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Cream” və "You can’t say more pis” "Telegram" kanalları məlumat yayıb.

Konsert noyabrın 17-də baş tutub. Müğənni konsertə gələn qazax və rus pərəstişkarları ilə ünsiyyət qurmaq üçün rus dilindən istifadə edib.

"Bu gün dünyada elə bir şey baş verir ki, hər birimiz ruhumuzda öz şamımızı yandırmalıyıq. Xeyirxahlıq, sülh, insanlıq şamı”, deyə sənətçi bildirib.

Mahnının ifası zamanı zalın mavi rəngə boyandığı, fanfarın sarı rəngə büründüyü və bununla da səhnənin Ukrayna bayrağının rənglərinə çevrildiyi deyilir.

Qeyd edək ki, 61 yaşlı Tamara Qverdtsiteli Tiflisdə doğulub, onun Gürcüstan və Rusiya vətəndaşlığı var. Atası gürcü aristokrat ailəsindən, anası isə yəhudi qadın və Odessadan olan ravvin nəvəsidir. 12 iyun 2000-ci ildə Rusiya vətəndaşlığını qəbul edib. Tamara Qverdtsiteli 2004-cü ildə Rusiya Federasiyasının Xalq artisti fəxri adına layiq görülüb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->