"Azərbaycanın iki böyük ziyalısının üz-üzə gəlməsini qəbul edə bilmirəm. Bunlar olmamalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında şair Rüstəm Behridi yazıçı Əkrəm Əylisinin "O həmin Ramiz Rövşəndir ki, mənim aftafamı daşıyırdı...” fikirinə münasibət bildirərkən deyib.
Rüstəm Behrudi hər iki ziyalının hərəkətini ürək ağırısı ilə qarşıladığını bildirib: "İkisi də mənim dostumdur. Vəziyyətin bu yerə çatmasını heç istəməzdim. Ziyalıların bir-birinin üstünə hücum etməsi yaxşı hal deyil. Onların bir-birinə olan münasibəti ürək ağrıdır. Düşünrəm ki, əslində bunlar olmamalıdır, yəqin ki, yoluna düşəcək”.
Rüstəm Behrudi Əkrəm Əylisi və Ramiz Rövşənin müdrik yaşlarında olduqlarını vurğulayıb.
Qeyd edək ki, yazıçı Əkrəm Əylisi yenisabah.az saytına müsahibəsində Xalq şairi Ramiz Rövşənin ünvanına ağır ittihamlar səsləndirib. O, "Baxın, Anara "əvəzolunmaz” deyənlər kimlərdir… Yazıçılar Birliyində elə bir mühit var ki, orada söz demək, kiməsə həqiqəti sübut etmək mümkün deyil. Məsələn, Ramiz Rövşən. Anarı möhkəm müdafiə edənlərdən biridir. O həmin Ramiz Rövşəndir ki, bir vaxt mənim aftafamı daşıyırdı, sonra Anarın dostu, qardaşı oldu. Həmin Ramiz Rövşəndir ki, bir vaxt Müsavatla Xalq Cəbhəsi hakimiyyətdə olanda Əbülfəz Elçibəyə, İsa Qəmbərə mədhiyyələr, Heydər Əliyevə həcv yazırdı. İndi həmin adamdan əsər yoxdur, elə bil yeni Ramiz peyda olub. Bu adamın bir dünya şairliyi var, amma bir zərrə ... yoxdur!”, deyib.
Bahar Rüstəmli