Xəbər lenti

“Rüstəm İbrahimbəyov Bakıda olsaydı...” AÇIQLAMA
Siyasət07:17 11.05.2013

“Rüstəm İbrahimbəyov Bakıda olsaydı...” AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zəfər Quliyev: “Danışıqlarla bağlı mətbuata ya nəsə sızdırılır, ya da qeyri-dəqiq məlumatlar ötürülür”

“Danışıqlar son mərhələdədir. Artıq detallar razılaşdırılır, ümumi tərkib müəyyənləşib. Milli Şura ilə bağlı fəaliyyət prinsipləri və şuranın əsasnaməsi qaralama şəklində mövcuddur”.

Bunu Qaynar.info-ya açıqlamasında “El” hərəkatının sədr müavini Zəfər Quliyev deyib. Onun sözlərinə görə, hər 3 lider - Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və “El” hərəkatının sədri Eldar Namazov məsələyə çox nikbin baxırlar: “Açıq formada bəyan edirlər ki, onlar bütün məsələlərlə bağlı razılığa gəliblər. Burada heç bir məsələ ilə bağlı mövqe, fikir ayrılığı yoxdur. Prosesə daim nəzarət edən adamlarla Rüstəm İbrahimbəyov da mütəmadi əlaqə saxlayır. Rüstəm müəllim işin gedişidən razıdır. Ola bilsin, proseslərlə bağlı növbəti həftənin sonunda mətbuat üçün geniş açıqlama verilsin”.

“El” sədrinin müavini qeyd edib ki, Rüstəm İbrahimbəyovla birbaşa əlaqənin olmamasında ciddi problem yoxdur: “O, hazırda Bakıda deyil. Əlbəttə ki, Bakıda olsaydı, hamı ilə görüşərdi, məsələləri birgə həll edərdilər. Amma yenə də burada ciddi problem yoxdur. Danışıqlar prosesini aparan Eldar Namazov demək olar, gündə bir neçə dəfə Rüstəm müəllimlə əlaqə yaradır və gündəlik işlərlə bağlı məlumatlar verir”.

Z.Quliyev Milli Şuradan həbsdə olan nazirlərə - Fərhad Əliyev və Əli İnsanova təklifin göndərilməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, bu məsələlər liderlərin razılığı ilə hələlik mətbuat üçün qapalı saxlanılır: “Bu barədə danışıqları aparan şəxslər açıqlama versələr, daha düzgün olardı. Amma danışıqlarla bağlı mətbuata ya nəsə sızdırılır, ya da qeyri-dəqiq məlumatlar ötürülür. Bu da danışıqlar prosesinə mənfi təsir edə bilər. Konkret adlarla bağlı hələlik heç nəsə deyə bilmərəm”.

İlkin
Qaynar.info