Xəbər lenti

Rüstəm İbrahimbəyov bütün sirrləri açdı - MÜSAHİBƏ
Siyasət12:20 14.09.2013

Rüstəm İbrahimbəyov bütün sirrləri açdı - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam"

Qaynar.info” xəbər verir ki, Milli Şuranın sədri Rüstəmİbrahimbəyovun APA-nın Moskva müxbirinə müsahibə verib. Həmin müsahibəniolduğu kimi təqdim edirik:

- Sizin Londona səfərdənimtina etməyinizin səhhətinizdə, konkret olaraq böyrəyinizdə yaranmışproblemlə bağlı olduğu bildirilir. Bu nə qədər doğru xəbərdir?

-Londona getməməyim böyrəyimdə olan problemlə bağlı deyil. Mənimböyrəyimdə çoxdandır ki, daşlar var. Bunu orda Eldəniz Quliyev bilir,elə bu məlumatı da mətbuata o verib. Lakin mənim səfərə buna görəgetməməyim həqiqət deyil. Mən indi çox məşğulam, Moskvada vacib işlərimçoxdur. Ona görə Londona gedə bilmədim.

- Bilmək olarmı bu gün sizin üçün Milli Şuradan daha vacib iş nə ola bilər? 

-Milli Şuranın əsas vacib işi təkcə Londona getmək deyil. Bizim MilliŞura ilə bağlı çox vacib işlərimizi var. O ki qaldı London səfərinə, busəfər barəsində qərar veriləndə Milli Şuranın vahid namizədi mən idim.Lakin sonra Cəmil Həsənli vahid namizəd oldu. Londonda keçiriləngörüşlər vahid namizədlədir. Ona görə də Londona Cəmil Həsənli getdi.Mən isə Londona səfərimi daha sonraya, təxminən gələn ayaplanlaşdırıram. Bir də onu da qeyd edim ki, Cəmil Həsənli və EldarNamazovun Londonda görüşəcəyi adamlarla mənim görüşmək istədiyim adamlarbaşqa-başqa adamlardır. Ona görə də mən səfərimi daha sonra edəcəm.

“Müxalifət qanunları bilmirdi”

- Sonuncu dəfə İsa Qəmbər və Əli Kərimli ilə nə vaxt danışmısınız?

-Sonuncu dəfə İsa Qəmbər və Əli Kərimli ilə Cəmil Həsənli vahid namizədseçiləndə telefon danışığım olub. Ondan sonra heç bir əlaqəmiz olmayıb.Lakin Cəmil Həsənli və Eldar Namazovla demək olar ki, hər gün danışıram.

- Sizin prezidentliyə namizədliyinizlə bağlı müxalifətin mübarizə aparmamasına necə baxırsınız?

-Deyə bilmərəm ki, mənim namizədliyim uğrunda mübarizə aparılmayıb.Namizədliyimin qeydə alınmaması qanunsuz idi. Müxalifət də qanunlarıbilmirdi və bilmədiyi şeyə qarışmırdı. Mən onları başa düşürəm. MərkəziSeçki Komissiyasının mənim namizədliyimlə bağlı çıxardığı qərardangörürəm ki, onlar da qanunları bilmirlər. MSK “ikili vətəndaşlıq” ilə“ikinci vətəndaşlıq” terminini qarışdırır. Bunlar tamamilə fərqliterminlərdir. Mənim ikili vətəndaşlığım yoxdur, ikinci vətəndaşlığımvar. Mən Azərbaycan vətəndaşıyam, bununla bərabər həm də Rusiyavətəndaşıyam. Bütün bu hüquqi məsələləri Azərbaycanda bilən yoxdur.Mənim də ki, bunlarla məşğul olmağa nə vaxtım var, nə də hövsələm…

MənRusiya vətəndaşlığından çıxmaqla bağlı ərizə yazmışam. Bir ay ərzindəvətəndaşlıqdan çıxmaq üçün lazım olan sənədləri yığdım. İyul ayınınəvvəlində təklif olundu ki, Milli Şuranın vahid namizədi olum. Lakinvətəndaşlıqdan çıxmaqla bağlı sənədləri isə bir ay sonra məndən qəbulelədilər. Milli Şura mənim vahid namizədliyimlə bağlı qərara gəldikdənbir gün sonra mən ərizə yazdım. Lakin məndən çoxlu sənədlər tələbolundu. Həmin sənədləri yığmaq xeyli müddət çəkdi. Bu sənədlər vergidən,polisdən və s. yerlərdən idi. Avqustun 12-13-də ərizəm qəbul olundu.Ərizəm qəbul olunanda təsdiq olundu ki, mənim Rusiya dövləti qarşısındaöhdəliklərim yoxdur. Həmin sənədlərin bir nüsxəsin Bakıya da göndərdim.

İşondadır ki, mənim heç fikrimdə də deyildi ki, prezidentliyə vahidnamizəd olum. Məni məcbur elədilər. Milli Şuranın yaradılması mənimtəşəbbüsüm idi. Fevral ayında yaranan bu təşəbbüs üç ay çəkdi. İyundaMilli Şura yarananda məni sədr seçdilər. Mən rolumun bundan ibarətolduğunu düşünürdüm. Lakin təkid elədilər ki, prezidentliyə vahidnamizəd olum. Gördüm ki, Milli Şurada olanlar bir-biriləri ilə dil tapabilməyəcəklər. Ona görə də bu qərara gəldim.

“Məni məcbur elədilər”

- Kimlər sizi vahid namizəd olmağa məcbur elədilər?

-Konkret olaraq ad çəkə bilməyəcəm. Milli Şuraya çox partiyalar,təşkilatlar daxildi. Mən vahid namizədliyə üç-dörd adamın, onlarınsırasında da Cəmil Həsənlinin adını çəkdim. Lakin mənə dedilər ki, yox!Konkret deyə bilərəm ki, Rəsul Quliyev buna qarşı çıxdı. O, mənimnamizədliyimin irəli sürülməsini dəstəkliyirdi. Deyirdi ki, CəmilHəsənlinin şansı yoxdur. Rəsul Quliyev və Eldar Namazov deyirdilər ki,vahid namizəd mən olmalıyam.

- Milli Şuranın digər üzvləri necə, sizin namizədliyinizin verilməsini istəmirdilər?  

-Xeyr! İsa Qəmbər də, digərləri də mənim namizədliyimi dəstəkləyirdilər.Əvvəldən məsələ belə qoyulmuşdu ki, Milli Şuranın prezidentliyənamizədi siyasətçi olmasın. Namizəd ziyalılardan biri olmalıdır. Məsələbelə qoyulanda bir neçə şəxs irəli çıxdı. Mən, Cəmil Həsənli, RafiqƏliyev və Mehman Əliyev. Bu dörd adamın adı çəkildi. Lalə Şövkət, RəsulQuliyev və “El” hərəkatı mənim tərəfdarım olduqlarını bildirdilər. Obirilər də bununla razılaşdılar. Mən razılıq verməsəydim, həmin adamlardeyəcəkdilər ki, başqa adamın namizəd olmasına razı deyillər. İstəmirdimki, Milli Şurada belə ayrı-seçkilik olsun və təfriqəli vəziyyətyaransın, məcbur oldum razılıq verəm.      

Mən heç vaxt Rusiyavətəndaşlığımı bu seçkilərlə bağlamırdım. Çünki mən bu qanunlarıbilirəm. Qanunda da yazılıb ki, başqa ölkə qarşısında öhdəliyi olanşəxslər…Mənim Rusiya qarşısında heç bir öhdəliyim yoxdur. Rusiyaərazisində nə biznesim, nə də mülküm var. Ona görə də mən rahat idim.Rusiya vətəndaşlığından çıxmaq altı ay çəkir. Amma fikirləşirdim ki,şəxsən Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romodanovskidənxahiş etsəm, o bu məsələni bir ay ərzində həll edə bilər. TanışlarımRomodanovski ilə əlaqə saxlamışdılar, vəziyyəti ona başa salmışdılar. Oda demişdi ki, çalışarıq kömək edək. İstisna hal kimi mənə kömək edəbiləcəklərini demişdi. Mən onlardan bunu tələb edə bilməzdim, çünkinormal prosedur altı aydır. Putinin Bakıya səfərindən sonra prosesinləngidiyini gördüm və daha bunun üstünə düşmədim. Lakin bu məsələ birhəftənin içində həll oluna bilərdi. Əgər Putin Bakıya getməsəydi, mənRusiya vətəndaşlığından çıxmağımla bağlı sənədi alacaqdım. Bunuməsuliyyətlə deyirəm.

Qeydiyyatdan keçməməyimə və Cəmil Həsənlinin qeydiyyata alınmasına görə heç də təəssüf eləmirəm.

“Heç vaxt müxalifətlə yaxın olmamışam”

-Sizi Rusiya vətəndaşlığınız olduğunu bilə-bilə vahid namizədliyi qəbuletməyinizə görə ittiham edirlər. Bu barədə nə deyə bilərsiz?

-Bunu ya qəsdən deyirlər, ya da ki, başa düşmürlər. İş ondadır ki, mənimnamizədliyik problemim iyulun 12-dən başlanıb. O vaxta kimi mən qarışıqheç kəs bu haqda bilmirdi. Ümumiyyətlə, vahid namizəd problemi yox idi.İyunun 2-də ancaq Milli Şura yarandı. Kim bilirdi ki, Milli Şuranınsədri mən olacam? Kim bilirdi ki, vahid namizəd mən olacam? Bunu heç kəsbilmirdi. Bunları bilməyə-bilməyə Rusiya vətəndaşlığından çıxmaq üçünniyə ərizə verməliydim? Vahid namizəd məsələsi dəqiq deyə bilmərəm,iyulun 2-də, ya 8-də yarandı. O vaxta qədər bu haqda bilmirdim, heç bunuistəmirdim də…Bunu hamı bilirdi ki, mən siyasətlə məşqul olmaqistəmirəm. Məcbur oldum bunu qəbul eləməyə. Mənim üçün əsas ZiyalılarForumu idi. Mən bu təşkilatda fəaliyyətimi davam etdirəcəyəm. MilliŞuranın seçkilərdən sonra fəaliyyət göstərib-göstərməyəcəyi bilinmir.Bunu tarix göstərəcək. Çalışacam ki, bu qalsın və fəaliyyətini davametdirsin. Amma Ziyalılar Forumu mütləq fəaliyyət göstərəcək. İki ilbundan qabaq Ziyalılar Forumunu yaratdıqda deyirdik ki, biz siyasətləməşğul olmaq istəmirik, sadəcə istəyirdik ki, iqtidar bizi saysın. Ammabizə hücum elədilər, biabır elədilər. Ondan sonra məcbur oldum ki,seçkiqabağı müxalifəti birləşdirim. Ondan qabaq mən heç vaxtmüxalifətllə yaxın olmamışam. Hərdən bir onlara kömək eləmişəm. Bu da90-cı illərin əvvəllərində olub. 

- Vətəndaşlıqla bağlı müraciətinizi geri götürəcəksizmi?

- Bu, Bakıda mən qarşı olan münasibətdən asılı olacaq. 

“Rusiya vətəndaşlığından çıxmaq mənə sərf eləmir”

- Siz artıq namizəd deyilsiz. Yenə də vətəndaşlıqdan çıxmağı düşünürsünüzmü?

- Əgər vahid namizəd deyiləmsə, seçkilərdə iştirak eləmirəmsə, bəlkə heç çıxmadım.

- Yəqin ki, bundan sonra sizə tək Azərbaycan vətəndaşı olmaq, Rusiya vətəndaşlığını itirmək sərf eləməz

-Bəli. Mən Rusiyada adi şəxs deyiləm. Bu ölkənin ictimai həyatında fəalşəxs kimi iştirak edirəm. Əgər vətəndaşlıqdan çıxsam, Rusiyanın ictimaihəyatında iştirak edə bilməyəcəm. Burda müxtəlif ictimai təşkilatlarvar. Mən onların tərkibindəyəm. Oktybarın 12-də Polşa-Rusiya ZiyalılarForumunda iştirak edəcəm. İndi gözləyirəm ki, Azərbaycanda seçkilər baştutsun. Sonra qərarımı verəcəm. Vətəndaşlığımdan çıxıb-çıxmayacağımlabağlı qərarım seçkilərin nəticəsindən asılı olacaq. Cəmil Həsənli və yabaşqa namizəd seçkilərdə qalib gəlməsə, mənim Azərbaycanda yaşamağımçətin olacaq. Ona görə də, hər şeyi götür-qoy etdikdən sonra qərarıverəcəm. Yəni, vətəndaşlıqdan çıxmaqla bağlı yazdığım ərizəni gerigötürmək ehtimalım var.

- Bundan sonra da siyasətlə məşğul olacaqsınızmı?

-Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam. Sadəcə, seçkiprosesinə qarışdım. Buna da ki məcburiyyət qarşısında qaldım. Lakinictimai həyatda hər zaman fəal olmuşam, bundan sonra da olacam. Heç birvəzifə hərisi deyiləm. Sabah Azərbaycanda mən gözlədiyim islahatlarbaşlasa, ictimai rəy yaransa deyərəm ki, məqsədimə çatmışam.

““Milyaderlər ittifaqı” bir əfsanə idi”

-“Milyaderlər İttifaqı” məsələsi necə oldu? Həmin ittifaqda sizinnamizədliyinizin qeydiyyata alınmaması ilə bağlı nə deyirlər?   

-“Milyaderlər ittifaqı” bir əfsanə idi. Bu əfsanəni kim yaradıb,bilmirəm! Burda toplaşanlar iş adamlarıdır. Onlar öz işləri ilə məşğulolan insanlardır. Abbas Abbasov burda bizim diasporla ciddi iş aparır.O, həmin millayderləri, Ramazan Abdulatipovu və məni cəlb elədi ki, bizona bu işdə kömək edək. Lakin bunu Bakıda düz başa düşmədilər. AbbasAbbasov özü mənə dedi ki, Bakıda əvvəl razılıq verilib bu təşkilatınyaradılmasına, sonradan “yox” deyiblər. Həmin milyaderlər bu günə kiminə mənim seçki prosesində iştirakımla maraqlanıb, nə də ki, bu prosesəpul ayırıb. Hərdən bir Abbas Abbasovla görüşürük. Çünki onunla köhnədostam. Ramazan Abdulatipovla da bir-iki dəfə görüşmüşəm. Bu görüş dəDağıstanda Rəsul Həmzətov barəsində film çəkilişləri ilə bağlı olub.Lakin milyaderlərin heç biri ilə indiyə qədər görüşməmişəm. Onlarınseçki ilə bağlı heç bir söhbətləri olmayıb. Məncə, onlar bu barədə heçdanışmaq da istəməzlər.

“Roman yazıram, film çəkirəm”

- Hazırda nə ilə məşğulsuz?

 -Bu saat ömrümün elə bir çağındayam ki, yaradıcılıq işlərimi gərəkyekunlaşdıram. “Günəş nöqtəsi” romanını bitirirəm, dörd hissəliromandır. Bu romanda Bakıda yaşayan dörd-beş nəfərin 1952-ci ildən əsrinaxırınadək həyatından bəhs edilir. Film də çəkirəm.

- Ümumrusiya Dövlət Kinomatoqrafiya İnstitunda yenə dərs deyirsiz?

 -Bəli, həmin ali məktəbdə, qiyabi fakültədə ssenari emalatxanam var.Lakin orada ştada olan işçi deyiləm, müqavilə əsasında fəaliyyətgöstərirəm.