İyunun 3-də saat 10:00-da Səbayel Rayon Məhkəməsində tanınmış dramaturq və ictimai xadim Rüstəm İbrahimbəyovun Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddiasına baxılacaq.
Bu barədə Turan-a iddiaçının vəkili Fuad Ağayev məlumat verib.
İddiaya səbəb Ə.Həsənovun APA agentliyinə müsahibəsində R.Rüstəmbəyovu qeyri-peşəkar adlandırması, Şəhidlər Xiyabanının yaxınlığında restoran və əyləncə yerlərinin tikintisində ittiham etməsidir.
Vəkilin sözlərinə görə, məhkəmə uzun müddət uydurma səbəblərlə iddianı qəbul etmək istəməyib. İmtinadan apellyasiya şikayəti verilib və iş Ali Məhkəməyə çıxıb. Bundan sonra iddia mahiyyəti üzrə baxılmaq üçün qəbul edilib.