Bu gün Azərbaycanda milli- azadlıq hərəkatına başçılıq edən təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 24 il ötür.
Bu məqsədlə Azərbaycan Xalq Cəbhəsi Partiyası tədbir keçirəcək. Sözügedən tədbir Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında baş tutacaq.
Politoloq, “El” hərəkatının üzvü Zəfər Quliyev AzNews-az-a açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov AXCP-yə ad günü münasibəti ilə təbrik məktubu ünvanlayıb: “AXC-nin ad gününə müxalifətin vahid namizədi, Milli Şura sədri Rüstəm İbrahimbəyov məktub ünvanlayıb. Həmin məktubu tədbirdə mən təqdim edəcəm. Rüstəm İbrahimbəyov məktubda cəbhəçiləri təbrik edir”.