Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizədliyi təsdiqlənməsə şəxsən mən səsimi İlqar Məmmədova verəcəyəm.
Qaynar.info-nun verdiyi xəbərə görə, bu sözləri Rüstəm İbrahimbəyov "Yeni müsavat2a müsahibəsində bildirib.
"Mənə elə gəlir ki, İlqar Məmmədov çox savadlı, prinsipial, hazırlıqlı və cavan bir siyasətçidir. Ancaq mən belə bir hadisənin baş verəcəyinə inanmıram".
İbrahimbəyov həmçinin Cəmil Həsənlinin seçki kampaniyasına pul ayıracağını bir daha açıqlayıb:
"Qanun, deyəsən, 3 min manat köçürməyə icazə verir, ona görə də 1 manat yox, 3 min köçürəcəyəm. Həmçinin dostlarıma, tanışlarıma da demişəm ki, onlar da nə imkanları var, kömək eləsinlər".