Xəbər lenti

Rüstəm İbrahimov MSK-nı məhkəməyə verəcək
Ölkə15:13 27.08.2013

Rüstəm İbrahimov MSK-nı məhkəməyə verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Rüstəm İbrahimbəyov MSK-nın qərarına münasibət bildirdi.

Rüstəm İbrahimov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verəcək. Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında Rüstəm İbrahimbəyov özü bildirib. R. İbrahimbəyov MSK-nın onun namizədliyini qeydə almamasını qeyri-qanuni adlandırıb: “MSK bu barədə düzgün qərar çıxarmayıb. Ona görə də, mən onları məhkəməyə verməyə hazırlaşıram”.

MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev isə APA-ya deyib ki, MSK-nın sözügedən qərarı əsassız deyil: “Qərar Azərbaycanın və Rusiyanın rəsmi dövlət qurumlarına göndərilmiş sorğuların rəsmi cavablarına əsasən verilib. Bizim üçün ölkə Konstitusiyası və seçki qanunvericiliyi əsasdır”.

Qaynar.info