Xəbər lenti

“Rüstəm müəllimin Braziliya ilə bağlılığı olsaydı…”
Siyasət06:05 31.05.2013

“Rüstəm müəllimin Braziliya ilə bağlılığı olsaydı…”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəmil Həsənli: “Rusiyanın Azərbaycanda əsas dayağı indiki hakimiyyətdir”

“Demokratik düşərgədə təmsil olunan siyasi partiyalar, qurumlar,hərəkatlar yetkinlik nümayiş etdirdilər və Demokratik Qüvvələrin Milli Şurasında birləşə bildilər. Bu, çox müsbət hadisədir”. 

Bunu Qaynar.info-ya açıqlamasında professor Cəmil Həsənli deyib. C.Həsənli hesab edir ki, Milli Şura demokratik əsaslara söykənən seçkilərin keçirilməsi üçün böyük əhəmiyyətə malikdir. 

O, Milli Şuranın Rusiya ilə bağlılığını iddia edənlərə də cavab verib: “Bu, hökumət və hökumətə yaxın dairələrin Milli Şuraya qarşı apardığı piar kampaniyasıdır. Milli Şuranın Rusiya ilə bağlılığı yoxdur. Rusiyanın Azərbaycanda olan əsas dayağı indi hakimiyyətdə olan hökumətdir və Rusiyaya bu hökumətdən yaxın bir hökumətin olacağını düşünmürəm. Sadəcə olaraq Milli Şuranı ictimai fikirdə nüfuzdan salmaqdan ötrü məqsədli şəkildə onun Rusiya ilə bağlılığı istiqamətində yalan məlumat yayılır. Burada Rusiya ilə bağlılığı ehtiva edən bir şey yoxdur. Bunu əsasən Rüstəm müəllimin üzərində qururlar. Axı Rüstəm müəllimdən başqa burada Rəsul müəllim də təmsil olunur. O isə Amerikada yaşayır. İndi Rüstəmin Braziliya ilə bağlılığı olsaydı, deyəcəkdilər ki, qurum Braziliyaya xidmət edir?! Bunlar hamısı mənasız söhbətlərdi”.


İlkin
Qaynar.info