Xəbər lenti

Rövnəq Abdullayev ev payladı
Ölkə09:15 13.05.2014

Rövnəq Abdullayev ev payladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Neft Şirkəti neftçi ailələrinə 303 mənzil verib. 

Qaynar.info xəbər verir ki, anspress-in məlumatına görə, bu mənzillər işçilərə kredit formasında verilib. ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, bu sosial layihə ilə bağlı yeni bir sistem hazırlanır: “Bildiyiniz kimi, sosial layihələr maliyyə tutumludur. SOCAR isə kommersiya şirkətidir. Biz elə etməliyik ki, nə şirkətə nə də insanlara ağırlıq düşməsin. Artıq öz imkanlarımız daxilində1800 ailəyə mənzil vermişik. Bizdə ev növbəsinə duran 6 mindən çox adam var. İndi minə yaxın mənzil tikilib. Bu gün 8 bolkdan ibarət 303 mənzil neftçi ailələrinə təqdim olunub". 

ARDNŞ prezidenti həmçinin qeyd edib ki, SOCAR-ın gənc mütəxəssislərinə və tələbələrinə də bu proqram çərçivəsində mənzillər verilir. 

Qaynar.info