Xəbər lenti

Rövnəq Abdullayevdən "Hafka"ya dəstək
İdman10:35 17.07.2014

Rövnəq Abdullayevdən "Hafka"ya dəstək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA "Bakı" üçün sponsor tapıb. Fanat.az xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov məlumat verib.

Baş katib bildirib ki, "Bakı" üçün iki sponsor tapıblar. Lakin Məmmədov həmin şirkətlərin adını açıqlamayıb: "Hafiz Məmmədovla danışmışıq. O bizə söz verdi ki, vəziyyət düzələcək. Bu səbəbdən də “Bakı” sabah püşkatmada iştirak edəcək. Amma biz vəziyyətin düzəlməyəcəyi ehtimalını da nəzərə alaraq, “B” planı üzərində çalışırıq. Hazırda iki şirkət “Bakı”ya sponsorluq etmək istəyir. İki şirkət olduğu üçün ad açıqlamaq istəmirəm. Onlar bu işdə maraqlıdırlar. Əgər vəziyyət düzəlməsə həmin şirkətlərdən biri yəqin ki “Bakı”ya sponsorluq edəcək”.

"Hazırda "Bakı"nın gələcək aqibəti ilə bağlı bir neçə variant var. A planı komandanın elitadakı çıxışını davam etdirməkdən ibarətdi. B planı komandaya yeni sponsor tapmaqdı. C planı isə bu komandanı birinci diviziondakı hansısa klubun əvəzləməsi. "Bakı" yeni mövsümə elitada başlasa, sona kimi çıxış etməlidi. Əgər hansısa komanda çempionatın gedişində çıxışını dayandırsa, bu, faciə olacaq. "Bakı"nın futbolçuları sağ olsunlar ki, fevral ayında pullarını almamalarına rəğmən, meydana çıxıb, oynadılar" deyə Məmmədov əlavə edib.

Qeyd edək ki, "Bakı" bir neçə aydı maliyyə problemindən əziyyət çəkir. Klub futbolçuların və məşqçilərin maaşlarını ödəyə bilmir. Bu səbəbdən baş məşqçi Milinko Pantiç və aparıcı futbolçular komandanı tərk edib. "Bakı"nın Aleksandr Tamovski və Ruslan Leviqaya 138 min 474 dollarlıq borcunu AFFA ödəyib.

Qaynar.info