Röya Ayxan İsveçdə keçiriləcək 61-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək olan Səmra Rəhimlidən yazıb. Əməkdar artist Səmraya dəstək olub:
"Bilmirəm niyə, amma mən bu qıza inanıram. Bu il "Eurovision"da Azərbaycanı təmsil edən gözəlimizə uğurlar arzulayıram. Ondan möhtəşəm şou gözləyirəm".
Qeyd edək ki, S.Rəhimli "Miracle” mahnısı ilə birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.(big.az)
Qaynar.info