Xəbər lenti

Röyanın klipinə çəkilən məşhur "erməni soyqırımı" ilə bağlı filmdə (VİDEO)
Maqazin08:57 03.05.2018

Röyanın klipinə çəkilən məşhur "erməni soyqırımı" ilə bağlı filmdə (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Röya Ayxanın "Günahsız günahım" adlı klipində çəkilən məşhur fransız aktyor Sami Naseri qondarma erməni soyqırımından bəhs edən "Anadolu hekayəsi" filmində baş rol alıb.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, filmin çəkilişləri Fransada aparılır. Mark Arenin 1915-ci il qondarma erməni soyqırımından bəhs edən "Vəhşi güllərin açıldığı yer: Bir Anadolu hekayəsi" kitabı əsasında çəkilən filmin rejissoru Artak İgityandır.
Film millətçi bir türkün həyatından bəhs edir. Həyatı boyu ermənilərə qarşı fəaliyyət göstərən şəxs sonda özünün erməni olduğunu etiraf edir.