Rza Zərrabın 10 il sevgili olduğu və gözlənilməz bir şəkildə ayrıldığı köhnə sevgilisi, müğənni Günel Zeynelova (Azəri qızı) Azərbaycan əsilli iş adamı ilə Ebru Gündeşin münasibətlərinə xitam verilməsinə maraqlı münasibəti ilə diqqət çəkib.
Rza Zərrabla Ebru Gündeşin ayrılıq xəbərinə müxbirlərin şərh istədikləri müğənni Günel heç bir şey söyləməyib.
O, suallara, sadəcə, jest və mimikayla cavab verməyə çalışıb. Türkiyəli jurnalistlər hazırladıqları xəbərlərdə Günelin bu davranışını "Cavab versəydi, bəlkə daha yaxşı olardı" ifadələri ilə şərh ediblər.
Qeyd edək ki, hazırda barəsində həbs qərarı çıxarılan Rza Zərrab ilə Ebru Gündeşin də ayrılacağı gündəmdədir. (milli.az)
Qaynarinfo.Az