Xəbər lenti

Saakaşvili: "Azərbaycanı çox sevirəm"
Siyasət09:44 16.05.2014

Saakaşvili: "Azərbaycanı çox sevirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna azərbaycanlılar konqresi Dnepropetrovsk vilayət təşkilatı və Ukrayna Azərbaycanlı Gənclər Birliynin Dnepropetrovsk vilayət təşkilatı Gürcüstanın eks prezidenti Mixail Saakaşvili ilə gorüş keçirib.

ANS PRESS-in məlumatına görə, görüş Dnepropetrovskida baş tutub. Görüşdə gürcü, erməni, yəhudi və yunan diasporundan olan gənclər iştrak edib. Görüş diaspor fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə keçirilib. UAK Dnepropetrovsk vilayətinin sədri Qüdrət Hacıyev Saakaşviliyə Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı məlumat verib. Qüdrət Hacıyev keçmiş Gürcüstan prezidentinə Dnepropetrovskda yaşayan azərbaycanlılar haqqında kitab da hədiyyə edib.

Konfransda iştirak edən Ukrayna Azərbaycanlı Gənclər birliynin sədri Elza Bəkirova UAGB - САМУ fəaliyyətindən danışıb. Bu yaxınlarda çəkilən "Ми різні але едині" (Biz səninləyik Ukrayna) video çarx haqqında məlumat verib.

Saakaşvili bir müddət öncə Azərbaycanda olduğunu xatırladıb. "Bir həftə öncə mən Azərbaycanda olmuşam. Azərbaycanı cox sevirəm onun qonaqpərvərliyini, gözəl, parlaq ölkə olduğunun və ümümi gözəl inkişaf etdiyinin şahidi oldum. Azərbaycan xalqı çox gözəl və mehribandır".

Qaynar.info