Xəbər lenti

Saakaşvili Ukraynanı böhrandan çıxara biləcəkmi? (ŞƏRH)
Siyasət06:42 08.05.2020

Saakaşvili Ukraynanı böhrandan çıxara biləcəkmi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İslahat və anti-korrupsiya istiqamətində ardıcıl və hədəfli siyasət olmazsa, Ukrayna böhrandan çıxa bilməyəcək”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Ukrayna prezidenti Vladimir Zelenskinin 7 may 2020-ci il tarixli imzası ilə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinə rəhbər təyin etməsini şərh edərkən deyib: 
"Ukrayna prezidenti Vladimir Zelenski 7 may 2020-ci il tarixli imzası ilə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinə rəhbər təyin etdi. Bu, Saakaşvilinin Ukrayna siyasətinə ikinci qayıdışıdır. Bundan əvvəl Odessa vilayətində qubernator işləmişdi. Hazırda Saakişvili vilayət deyil, milli səviyyədə islahatlara məsul olacaq. Bacaracaqmı? Ukrayna kimi oliqarxlar ölkəsində bunu etmək o qədər də asan olmayacaq. Amma hesab edirəm ki, prezident Zelenski Saakaşvilini sonadək müdafiə edərsə, buna hünəri və qətiyyəti çatacaq. Hazırda islahat üçün ən vacib məsələlərdən biri məsuliyyəti götürməkdir. Saakaşvilinin təcrübəsi və xarakteri ona imkan verir”.
Qubad İbadoğlu qeyd edib ki, Zelenskinin alternativləri tükənir, 1 ildən çox hakimiyyətdə olmasına baxmayaraq, əhəmiyyətli dəyişikliklərə nail ola bilmir: 
"Üstəlik də Beynəxlalq Valyuta Fondunun proqnozlarına görə, bu il Ukraynada iqtisadi tənəzzül 7,7 faiz olacaq. İslahat və anti-korrupsiya istiqamətində ardıcıl və hədəfli siyasət olmazsa, Ukrayna böhrandan çıxa bilməyəcək”.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski 7 may 2020-ci il tarixli imzası ilə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinə rəhbər təyin edib.
Bahar Rüstəmli