Xəbər lenti

Sabah 36 dərəcə isti olacaq
Ölkə08:29 17.09.2017

Sabah 36 dərəcə isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, həftənin ilk iş günündə yarımadada havanın yağmursuz olması gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq. Havanın temperaturu gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  19-21°, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz  45-55 % olacaq. 

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz  31-36° isti,

dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

Qaynarinfo.Az