Avqustun 20-də 110/35/10 kV-luq “Xalçaçılıq” yarımstansiyasında “AzərEnerji” ASC-nin “Naxçıvan Enerji” MMC-si tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və “Xalçaçılıq” 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi məlumat yayıb.
Məlumata görə, bununla əlaqədar, avqustun 20-də saat 03:30-dan 04:30-dək Naxçıvan şəhərinin Heydər Əliyev prospekti 46 ünvanında, İstiqlal küçəsində yerləşən 103, 111, 113, 115, 117 və 129 nömrəli yaşayış binalarında, Abbasqulubəy Şadlinski, Nizami Gəncəvi, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsində və Əliabad qəsəbəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Şərhlər