Xəbər lenti

Sabah bu rayonlar qazsız qalacaq
Ölkə11:43 08.03.2016

Sabah bu rayonlar qazsız qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah bəzi rayonlarda qaz olmayacaq.  
Qaynar.info SOCAR-a istinadən xəbər verir ki, martın 9-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Lökbatan yolayırıcı” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ağsu” və "Kürdəmir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Qaynar.info