"Tour d`Azerbaidjan" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.
Qaynar.info xəbər verir ki, may ayının 10-da isə səhər saat 10.00-dan 15.00-dək Bakı şəhərində Azadlıq meydanı – Rəşid Behbudov - Zərifə Əliyeva - Neftçilər prospekti – İstiqlaliyyət - Sona Vəliyeva - Lermontov - Teymur Elçin - Mehdi Hüseyn - Parlament prospekti - Hüseyn Cavid prospekti - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun - Şəmsi Bədəlbəyli - Bülbül prospekti - Üzeyir Hacıbəyov - Rixard Zorge - Neftçilər prospekti - Azadlıq Meydanı - Kiçik Qala küçəsi - Qoşa Qala qapısı marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Göstərilən vaxtlarda alternativ yollardan istifadə olunmasını xahiş edilir.
Qaynar.info