Xəbər lenti

Sabah Elçibəyin xanımının yeddi mərasimi keçiriləcək
Ölkə18:17 21.06.2019

Sabah Elçibəyin xanımının yeddi mərasimi keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın yeddi mərasimi sabah keçiriləcək.
Ailəsindən APA-ya verilən məlumata görə, mərasim iyunun 22-də saat 10:00-dan etibarən Bakıda Heydər məscidində baş tutacaq.
Kişilər və qadınlar üçün məclis eyni vaxtda başlayacaq.
Qeyd edək ki, 67 yaşlı H. Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Həlimə Əliyevanın dəfn və yas xərclərini Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz üzərinə götürüb.