İdman 15:56 13.07.2022

"Sabah" "Fənərbağça" və "Portu"nun sabiq futbolçusunu transfer etdi

"Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisindən Qaynarinfo-ya verilən məlumata görə, seneqallı Abdulaye Ba ilə 1+1 illik müqavilə imzalanıb.

Mərkəz müdafiəçisi karyerası ərzində Portuqaliyanın "Portu” (2012 - 2014), "Sportinq” (Kovilya, 2010/2011), "Akademika” (2011/2012), "Gimaraynş” (2013/2014), "Moreyrense” (2020 - 2022), "Aroka” (2021/2022), İspaniyanın "Rayo Valyekano” (2014/2015, 2017 - 2019), "Deportivo” (2019/2020), Türkiyənin "Fənərbağça” (2015/2016), "Alanyaspor” (2016/2017), Almaniyanın "Münhen 1860” (2016/2017) və Rumıniyanın "Dinamo” (Buxarest, 2020/2021) klublarında çıxış edib.

31 yaşlı oyunçu Seneqal millisinin heyətində 6 oyun keçirib.