Xəbər lenti

Sabah hava necə olacaq? - SULU QAR
Ölkə08:18 20.04.2013

Sabah hava necə olacaq? - SULU QAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstirahət günü Azərbaycan ərazisində hava nisbətən yağmurlu keçəcək, bəzi yerlərdə sulu qar yağacaq.

Qaynar.info-nun Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən verdiyi məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacaq, şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında gecə 5-8, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək.

Gecə 4-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəyəcədək şaxta olacağı proqnozlaşdırılır.

Məmmədova deyib ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti aprelin 25-dək davam edəcək.

Qeyd edək ki, mövcud temperatur çoxillik iqlim normasından 2-3 dərəcə aşağıdır.

Qaynar.info