Xəbər lenti

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü olacaq
Siyasət07:57 28.10.2018

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında 7-сi üçtərəfli görüş keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə üçtərəfli əməkdaşlığın artırılması, son dövrlərdə aktual olan regional və qlobal hadisələrin müzakirəsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri arasında 6-cı üçtərəfli görüş 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.