AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, iclasda Premyer Liqanın 18-ci turu çərçivəsində baş tutan görüşlərdə yol verilən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Neftçi” – "Səbail” oyununda "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
"Qarabağ” – "Qəbələ” oyununda "Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.
"Qarabağ” – "Qəbələ” oyununda "Qəbələ” klubunun azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər "Qəbələ” klubu tərəfindən qarşılanmalıdır.
"Keşlə” – "Sabah” oyununda "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
"Sabah” klubunun məşqçisi Vitali Kovalyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.
"Sabah” klubunun qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 800 manat cərimə olunur.
Səbuhi Həsənov