Xəbər lenti

Sabahın hava proqnozu
Ölkə07:41 28.08.2022

Sabahın hava proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 29-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.