Xəbər lenti

Sabiq deputatın qızı Amerika mətbuatında - FOTOLAR
Sənət06:27 30.03.2016

Sabiq deputatın qızı Amerika mətbuatında - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı dizayner Mənzər Hacıyevanın kələğayıları Amerika mediasının da diqqətini çəkib. Axşam.az-ın məlumatına görə, “New York Post” qəzetinin əməkdaşları dizaynerin əl işlərinə heyran qalıb.
Bir müddət əvvəl Bakının qonağı olan yaradıcı heyət paytaxtımızla bağlı da fikirlərini bölüşüb. Onlar “Neftin qiymətinin düşməsinə baxmayaraq zəngin Azərbaycan həmişəki kimi gözəldir” deyə bildiriblər: “Mənzər Hacıyevanın yaratdığı və öz adını verdiyi kələğayıları qədim ab-havalı, gözəl naxışlı və cəlbedicidir. Bu möhtəşəm suvenirlər 75 dollaradır”. 
Mətndə M.Hacıyevanın kələğayılarının fotoları da yer alıb. 
Qeyd edək ki, M.Hacıyeva Milli Məclisinin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızıdır.
Qaynar.info