Xəbər lenti

Sabiq futbolçu məşqçiliyə başlayır
İdman16:58 29.01.2015

Sabiq futbolçu məşqçiliyə başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən ilin sonlarında futbolçu karyerasını başa vuran Tyeri Anri məşqçiliyə başlamaq fikrindədir.

Qaynar.info Qol.Az-a istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu bunun üçün Uels Futbol Federasiyasının Nyuport şəhərindəki B lisenziyalı məşqçi kursuna yazılıb.

Anri bu kursu başa vurduqdan sonra İngiltərəyə gedərək UEFA-nın A lisenziyalı kurslarına qatılmağı planlaşdırır. Bu kurslarda Anrinin "Arsenal"dakı sabiq komanda yoldaşı Fredirix Lümberq də iştirak edir. 

Qaynar.info