Xəbər lenti

Sabiq icra başçısı dəfn olundu
Ölkə09:43 24.08.2018

Sabiq icra başçısı dəfn olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov dəfn olunub.
Qaynarinfo report-a istinadən xəbər verir ki, o, doğulduğu rayonun Əliyaqublu kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, A.Aslanov avqustun 22-dən 23-nə keçən gecə Bakıda xərçəng xəstəliyindən dünyasını dəyişib.
Xatırladaq ki, A.Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. O, 1993-cü ildən 2005-ci ilə qədər Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 8 il kənd təsərrüfatı nazirinin müavini işləyib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü və Tbilisinin fəxri vətəndaşı olub.