Ötən gün "Qarabağ” Avroliqanın qrup mərhələsinin sonuncu matçında İsveç təmsilçisi "Hekken”i Bakıda məğlub edərək yarışın pley-off mərhələsinə vəsiqə qazandı. Bununla da Qurban Qurbanovun komandası Azərbaycan futbolunda yeni tarix yazdı.
"Qarabağ” Azərbaycanda Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmış ilk komanda oldu. Artıq hər kəs komandaya kimin rəqib olacağını səbirasizliklə gözləyir. Ağdam klubunun pley-off mərhələsindəki potensial rəqibləri də məlumdur. Dekabrın 18-də keçiriləcək püşkatmada "Qarabağ” "Benfika” (Portuqaliya), "Braqa” (Portuqaliya), "Feyenord” (Niderland), "Qalatasaray” (Türkiyə), "Lans” (Fransa), "Milan” (İtaliya), "Şaxtyor” (Ukrayna) və ya "Yanq Boyz”la (İsveçrə) qarşılaşacaq. Təbii ki, Çempionlar Liqasından gələn bu rəqiblərin heç biri zəif deyil. Buna baxmayaraq, Azərbaycan Futbol İctimaiyyətində fikir ayrılıqları var. Bir sıra insanlar, məsələn, "Top-5” təmsilçisi olduğu üçün "Milan”, "Lans” kimi rəqiblərin püşkatmada "Qarabağ”la düşməsini arzulayır. Ancaq pley-offda "Yanq Boyz”, "Şaxtyor” kimi rəqiblərin "Qarabağ”la oynamasını istəyənlər az deyil. Bunu da təmsilçimizin "dişinə” uyğun olması ilə əlaqələndirirlər.
Bəs sabiq "Qarabağ”lılar hansı rəqibi arzulayır? Vaxtilə Ağdam klubunda çıxış etmiş veteran futbolçular arzuladığı rəqiblərin adlarını Qaynarinfo-ya açıqlayıblar:
Emin İmaməliyev
Əvvəlcə bütün "Qarabağ” ailəsini, məşqçiləri futbol ictimaiyətini təbrik edirəm. Bu il tarix yazdılar, Avroliqanın pley-off mərhələsinə vəsiqə qazandılar. "Qarabağ” öz oyunu ilə göstərdi ki, qrupdan çıxmağa layiqdir. "Bayer”lə oyunlar da daxil komanda qrup mərhələsinin heç bir matçında zəif çıxış etmədi. Bunun nəticəsində qrup ikincisi kimi pley-off mərhələsinə yüksəldi. Hansı rəqibin "Qarabağ”la düşməsini istəməyimə gəlincə, bəzi klublar var ki, top səviyyədədir. Çempionlar Liqasında oynayan komandaların heç biri zəif deyil. Hər rəqib çətin olacaq. Buna baxmayaraq, "Qarabağ”ın böyük təcrübəsi var və hər birinə qarşı layiqli oyun göstərə bilər. Mənə elə gəlir, "Yanq Boyz”, "Şaxtyor” düşsə, daha yaxşı olar. Əlbəttə, nəhəng klub gələndə daha yaxşı olur, təcrübə qazanırsan. Amma pley-offu keçib tarix yazmaq Azərbaycanın adına böyük uğur olacaq. Bu nöqteyi-nəzərdən belə rəqiblərin düşməsini istərdim. "Milan”ı və digərlərini də izləmişəm. Deyərdim ki, "Qarabağ” onlaın heç birindən zəif deyil. Hətta səkkiz rəqibin hər biri ilə başabaş mübarizə apara, üstün də ola bilər.
Elvin Məmmədov
"Qarbağ”ı təbrik edirəm. Azərbaycan futbolu adına bizə ilk yaşatdılar. Çox istəyərdim ki, rəqiblərdən "Yanq Boyz” düşsün. Çünki "Qarabağ”ın "dişinə” ən uyğun rəqibdir və mərhələ keçə bilər. Digərləri top komandalardır. "Qarabağ” da zəif rəqib deyil. Sadəcə "Yanq Boyz” düşərsə, mərhələ keçmək şansı daha böyük olacaq. Düzdür, "Milan”, "Qalatasaray” kimi komandalar gəlsə, ölkəyə həm də turistlərin axını olar. Yenə də "Yanq Boyz”u daha uyğun hesab edirəm”.
Fərhad Vəliyev
Potensial rəqiblərin hamısı güclüdür. Əvvəllər "Yanq Boyz”la oynayıb qalib gəlmişik. Həmin oyunlarda mən də olmuşam. Əlbəttə, "Milan” tanınmış rəqibdir. Hamı prestij baxımından onunla qarşılaşmağı istəyər. Amma düşünürəm ki, mərhələni keçmək üçün "Yanq Boyz” kimi daha uyğun rəqiblər düşsə, yaxşı olar. İstər-istəməz mərhələ adladıqca bir-birindən güclü rəqiblərlə qarşılaşacaqlar. Bununla belə, "Milan” və ya "Qalatasaray” gəlsə, "Qarabağ”ın öz gücünü onlara da göstərəcəyini düşünürəm. Asanlıqla təslim olmayacaq.
Elmir Xankişiyev
Potensial rəqiblər arasında "Qalatasaray” da var. Onsuz da bu elə bir mərhələdir ki, ancaq güclü rəqiblər olur. Bu səbəbdən "Qarabağ”ın "Qalatasaray”a rəqib olmasını istərdim. Qardaş ölkə təmsilçisi ilə mübarizə aparsın. Belə daha maraqlı olardı.
İlqar Qurbanov
Əvvəlcə təbrik edirəm. Azərbaycan futbolu adına böyük uğurdur. 2014-cü ildə hakim səhvinə görə bu uğuru əldə edə bilməmişdik. Bütün "Qarabağ” kollektivinə "çox sağ ol” deyirəm. Sevindirdilər bizi. Bir azarkeş kimi sosial medianı da izləyirəm. Bəziləri "Milan”ı və ya "Qalatasaray”ı istəyir. Ancaq mən belə düşünmürəm. İstərdim ki, "Qarabağ”ın "dişinə” uyğun rəqib olsun ki, bu mərhələni də adlasın. Daha bir tarix və rekord istərdim. Aralarında bəzi rəqiblər var ki, "Qarabağ” onlarla başabaş mübarizə apara bilər. Əlbəttə, bəzilərinin klası daha yüksəkdir. Düzdür, "Milan” azarkeşi olmuşam, istərdim, Azərbaycanda bu komandanı görüm. Amma bir mütəxəssis kimi analiz etdim. "Lans” ya da "Yanq Boyz”un düşməsini istərdim. Demirəm ki, onlar zəifdir. Digərlərinə görə daha uyğundurlar. "Yanq Boyz”la oynamışıq, tanıyırıq. "Lans” fiziki cəhətdən güclü olsa da, "Milan”, "Feyenord” deyil. Pley-off mərhələsində zəif rəqib olmur.
Samir Abasov
"Hamısı güclü rəqiblərdir. Bilirsiniz necədir? "Milan”ın, "Qalatasaray”ın, "Benfika”nın və digər yüksək səviyyəli rəqiblərin gəlməsini istəyənləri anlayışla qarşılayıram. Onlar ad olaraq o komandaları görmək istəyirlər ki, bu normaldır. Məntiqlə düşünənləri isə anlayan yoxdur. "Lans”ın "Sevilya”, həmçinin PSV ilə oyununa baxmışam. Çox hərəkətli, yaxşı komandadır, xeyli azarkeşləri var. Amma camaat bunu bilmir axı. Halbuki müsahibə alanların bir çoxu heç "Lans”ın adını çəkmir. Çünki oyununu görməyiblər. Mən görmüşəm, çox təhlükəli rəqibdir. Bəziləri deyir ki, "Lans”a uduzunca, elə "Milan” gəlsin, onlara məğlub olaq. Mən isə bu rəqiblərin heç birində güc baxımından fərq görmürəm. "Yanq Boyz”u izləməmişəm son vaxtlar. "Qarabağ” bu mərhələnin də dadını görməlidir. Hansı işlərin görülməli olduğunu bilməlidirlər. Hər halda "Qarabağ”ımıza ən ideal rəqib arzulayıram. Açıq deyirəm, oradakı hər bir rəqib "Qarabağ”dan üstündür. Onların ağırlıqları, adları var. İllər öncə Avroliqanın qrupunda çıxmaq məsələsi gündəmdə olanda, çox yazılar yazılırdı. İndi bəziləri heç "Milan”da kimlərin oynadığını bilmir. Ad çəkməli olsam, bəlkə hardasa, "Qalasaray”ı deyərəm. Səbəb də odur ki, həddindən artıq ajiotaj olar. Yoldaşlıq görüşü başqadır, amma bu səviyyədə oyunda həqiqətən böyük ajiotaj ola bilər. Bu səviyyədə oyunlar keçirilsə, həm də "Qarabağ”a Türkiyədə maraq artar. Bütün Türkiyə azarkeşlərinin fikri bu oyunda olacaq. Hər halda Avroliqanın qalibi olmuş "Qalatasaray”la oyuna daha çox maraq göstərilər, nəinki "Milan” - "Qarabağ” matçına. "Qalatasaray”la oyun mənim üçün br pillə daha yuxarıdır. İstənilən halda "Qarabağ”ın futbolçuları işlərini görüblər, halal olsun onlara. Futbolçular, məşqçilər çox sağ olsunlar. Bu mərhələni də dadacaqlar. İnşallah xeyirli olar”.
Aslan Kərimov
"Bir şeyi qəbul etməliyik ki, potensial rəqibləri yalnız bir-biri ilə müqayisə edə bilərik. Adamlar Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutublar. Özü də səkkiz komandanın hər birinin ÇL-in qrupundan Avroliqanın pley-off mərhələsinə düşməsi son turda məlum oldu. Bu nun göstəricidir ki, hər biri öz ölkəsinin ən yaxşı komandalarıdır. Məsələn, "Yanq Boyz”un daha asan rəqib olduğunu deyib azarkeşləri yanlış yönləndirməyək. Futbol adamı olaraq "dişimizə” daha uyğun rəqiblə oynamağımızı istərdim. Bu da "Yanq Boyz”dur. Halbuki asan rəqib deyil, vaxtilə onlara qarşı oynayıb qələbə qazanmışıq. "Benfika”nın da durumu digərlərinə nisbətən yaxşı deyil. Bir də düşünürəm ki, bəlkə "Qarabağ” "Qalatasaray”a qarşı oynaya, hətta qələbə qazana bilər. İlk növbədə "Yanq Boyz” ya da "Qalatasaray”ın, daha sonra "Benfika”nın "Qarabağ”a rəqib olmasını istəyərdim. Digər rəqiblər həddindən artıq güclüdür.
Səbuhi Həsənov