Xəbər lenti

Sabir Adnayevin sığorta şirkəti dirçələ bilmir - Yarım milyonluq azalma
Ekonomiks15:08 25.06.2025

Sabir Adnayevin sığorta şirkəti dirçələ bilmir - Yarım milyonluq azalma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2025-ci ilin yanvar-may aylarında azalmaqda davam edib. 
Valyuta.az xəbər verir ki, sığorta şirkəti bu ilin ilk beş ayında 7,91 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 5,6% və ya 469 min manat azdır. 2024-cü ilin eyni dövründə şirkət 8,38 milyon manat sığorta haqqı toplaya bilmişdi. 
Yığımların azalması ilə paralel sığorta şirkəti müştərilərinə daha az ödəniş verməyə başlayıb. 
Belə ki, "A-Qroup Sığorta"nın ödənişləri ilk beş ayda 21,6% və ya 1,25 milyon manat civarında azalaraq 4,55 milyon manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 5,81 milyon manat təşkil edib. 
Şirkətin zərərliliyi isə 69,3%-dən 57,6%-ə enib. Yəni, şirkət ötən ilin yanvar-may aylarında  topladığı sığorta haqqının hər 100 manatından 69,3 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 57,6 manata kimi azalıb. 
Xatırladaq ki, "A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.