Xəbər lenti

Sabir Rüstəmxanlı Sovet İttifaqı Qəhrəmanının ailə üzvləri ilə görüşdü  (VİDEO)
Siyasət06:15 03.02.2020

Sabir Rüstəmxanlı Sovet İttifaqı Qəhrəmanının ailə üzvləri ilə görüşdü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
61 saylı Neftçala Seçki Dairəsindən millət vəkilliyinə namizəd, Xalq şairi Sabir Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.
Deputatlığa namizəd bu gün əvvəlcə Dördlər kəndinə gedərək, Sovet İttifaqı qəhrəmanı Ağaşirin Cəfərovun evini ziyarət edib, ailə üzvləri, qohumları ilə görüşüb. Qonağı qarşılamalarından qürur hissi keçirdiyini bildirən A.Cəfərovun oğlu İbrahim Cəfərov kənd sakinlərinin artıq seçim etdiyini bildirib:
<iframe width="558" height="360" src="https://www.youtube.com/embed/qwJlVt5cIiQ" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
"Bu ocağı ziyarət etdiyiniz üçün Sizə minnətdarıq. Artıq bizim camaatın mövqeyi bəllidir. Sizin səmimiyyətinizə, bu rayonu layiqincə təmsil edəcəyinizə inanırıq. Hələ meydan hərəkatından sizi izləyirəm, oradakı çıxışlarınız yadımdadır. Xalqın bir ziyalısını, aydın adamını dəstəkləmək bizim borcumuzdu”.
Görüşdə bildirlib ki, Dördlər kənd sakinlərinin əksəriyyəti Ağaşirin Cəfərovun nəslindəndir: "Bu ocağı ziyarət etməklə kənd camaatının tam dəstəyini aldığınıza əmin olun. Ən azı 80 faiz seçici sizə səs verəcək”.
<iframe width="558" height="360" src="https://www.youtube.com/embed/MqtW2TCf6cg" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Daha sonra Xalq şairi Mirqurbanlı kəndində seçicilərlə görüşüb. Görüşdə millət vəkilliyinə namizədin vəkilləri çıxış ediblər. Onlar Sabir Rüstəmxanlının millət vəkili olduğu dönəmdə gördüyü işlərdən söz açıblar.
Görüşdə iştirak edən Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev Sabir Rüstəmxanlı barədə geniş nitq söyləyib, bütün neftçalalıları səsvermədə fəal iştirak etməyə çağırıb: "Sabir Rüstəmxanlının Neftçalaya gəlməsi sizin ən böyük uduşunuzdur. Mən bir hərbiçi kimi, bir polkovnik kimi sizi əmin edirəm ki, onu seçməkdən heç vaxt peşman olmazsınız. Sabir bəy bir rayona sığan adam deyil. Mən illərdi onunla müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişəm. Onun nəinki ölkədə, bütün dünyadakı azərbaycanlılar üçün necə fədakarlıq etməsinin şahidi olmuşam. Sabir bəy dünya boyda adamdır. Neftçala camaatını, səsvermədə fəal olmağa və ona səs verməyə çağırıram”.
Daha sonra Sabir Rüstəmxanlı Neftçalanın problemlərindən, onun həlli yollarından danışıb. Bildirib ki, millət vəkilləri seçiciləcəyi halda bu problemlərin həlli üçün aidiyyati qurumlar qarşısında məsələ qaldıracaq.