Xəbər lenti

Sabir Rüstəmxanlıdan Natiq Cəfərliyə cavab: "Cəfəngiyatdır"
Siyasət09:25 16.01.2014

Sabir Rüstəmxanlıdan Natiq Cəfərliyə cavab: "Cəfəngiyatdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan karlar və korlar ölkəsi deyil ki..." 

"Mən Natiq Cəfərlinin açıqlamasını oxumamışam və bu cür cəfəngiyyatlara cavab da vermək istəmirəm". 

Bunu Qaynar.info-ya açıqlamasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərlinin onun ünvanına səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

O bildirib ki, bu cür ittihamlar məqsədli və qərəzli şəkildə irəli sürülür: "Azərbaycan karlar və korlar ölkəsi deyil ki?.. 1988-ci ildən bəri kimin nə işlə məşğul olduğunu hamı görür. Əgər bu adamlar indiyədək olan çıxışlarımızı, fəaliyyətimizi görmürlərsə, demək, problem onların özündədir. Yox, əgər qərəzli şəkildə edirlərsə, Azərbaycan cəmiyyəti bizi yaxşı tanıyır. Ona görə də bu cür ittihamların cəfəngiyyat olduğunu hamı bilir".

Xatırladaq ki, REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli Azərbaycandakı müxalif qüvvələrlə bağlı bölgü aparıb və parlamentdə təmsil olunan bir sıra partiyaları hakimiyyətin "kukla müxalifəti" adlandırıb. O, Qaynar.info-ya açıqlamasında Ana Vətən və Vətəndaş Həmrəyliyi partiyalarının adını xüsusi qeyd edib. 

Elkin

Qaynar.info