Xəbər lenti

Sabirabadda baş kəsən həbs olundu
Ölkə07:31 30.06.2014

Sabirabadda baş kəsən həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 28-də Sabirabad şəhər sakini Fətullayev Abbas Nazim oğlunun qəsdən öldürülməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. İstintaqla Araz Fərəcovun qeyd edilən tarixdə saat 04 radələrində Sabirabad şəhəri, Ə.Kərim küçəsində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Abbas Fətullayevin boğaz nahiyyəsinə kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub. Araz Fərəcov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

Qaynar.info