Xəbər lenti

Sabirabadda yol qəzası - 4 ÖLÜ
Ölkə06:36 11.01.2014

Sabirabadda yol qəzası - 4 ÖLÜ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Sabirabad rayonunda baş verən dəhşətli avtoqəza nəticəsində 4 nəfər ölüb


APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yük maşını ilə “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər ağır yaralanıb.
 
Sabirabad rayonunun Nəriman kənd sakinləri - 1994-cü il təvəllüdlü sürücü Həsənov Fərid Nazir oğlu, sərnişinləri - 1995-ci il təvəllüdlü Əhmədov Ələddin Qazər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu və 1994-cü il Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində dünyasını dəyişib.
 
Yaralı - Nəriman kənd sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.


Qaynar.info