Xəbər lenti

Şabran polisi körpüdən aşıb həlak oldu
Ölkə14:00 29.05.2015

Şabran polisi körpüdən aşıb həlak oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Şabran rayon Polis Şöbəsinin əməkdaşı yol qəzasında həlak olub. 

Axar.az-a rayondan verilən məlumata görə, Şabran RPŞ-nin Cinayət-Axtarış şöbəsinin Teymur Kərimov adlı əməliyyatçısı özünə məxsus “Hunday Sonata” markalı 90 NG 558 dövlət nömrə nişanlı avtomobilini körpüdən aşırıb.   

İlkin məlumata görə, polis işçisi yuxulu vəziyyətdə olub və rayonun Taxtakörpü adlı ərazisində körpüdən aşağı düşərək həlak olub.   Faktı Şabran rayon Polis Şöbəsindən də təsdiqlədilər. Polis rəisinin müavini Natiq Əliyevin əməkdaşımıza verdiyi məlumata görə, T.Kərimov özünə məxsus avtomobili idarə edərkən idarəetməni itirərək yolun kənarına çıxıb və avtomobil aşıb və nəticədə o həlak olub”.

Qaynar.info