Xəbər lenti

Saçlarınıza bunları eləməyin!...
Ölkə15:47 10.06.2016

Saçlarınıza bunları eləməyin!...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Günlük həyatımızda fərqində olmadan sağlam saçı yoran bir çox əməliyyat edirik.

Qaynarinfo.az məlumatına görə, istifadə etdiyimiz daraqlar, forma verən yığımlardan tutmuş ən adi saç hörülməsinə kimi saçımıza bilmədən işgəncələr edirik. 

Fen və digər düzləşdiricilər

Saça edilən isti əməliyyatlar saç tellərini qocaldır. Saçın istiyə qarşı müqaviməti zaman içində azaldığı üçün, bu əməliyyatların həftədə 2-3 dəfə edilməsi saçda qopma və qırılmaları artırır. 

Tez-tez saçların boyanması 

Əsasən də saç rənginin bir rəngdən sarıya dönməsi və ya sarı saçın qırmızıya boyanması kimi proseslər saça olduqca ziyanlıdır. Boyalı saçlarda nəm itir. Buna görə də nəmləndirici  maskalardan həftədə 1-2 dəfə istifadə etmək məsləhətlidir. 

Qaynaq saçlardan istifadə

Saçlara daha sıx görüntü versin deyə əlavə olunan qaynaq saç üsulu saçların ən böyük düşmənidir. Xüsusilə zəif saç quruluşu olan xanımlarda kəskin şəkildə tökülmə və qopmalar yaşandığı üçün müəyyən zaman içərisində keçəlləşməyə gətirib çıxarır.

Qaynarinfo.az