
Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 10-da Məhsəti küçəsində yerləşən şadlıq evində masanın üzərindən Mingəçevir şəhər sakini Nazilə Ələsgərovanın içərisində 270 manat, 2 ədəd ətir, mobil telefon 2 ədəd MP3 diski olan əl çantası oğurlanıb.
Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qaynar.info