Siyasət 14:18 16.05.2022

Sağatelyan II Qarabağ hərəkatının yarandığını və hakimiyyətə gələcəyini açıqladı

Fransa meydanında Ermənistanın parlamentin sədr müavini İşxan Sağatelyanın mətbuat konfransı keçirilib.

Qaynarinfo xəbər verir ki, İşxan Sağatelyan "Müqavimət” hərəkatının əldə etdiyi nailiyyətlərdən, bundan sonra görüləcək işlərdən danışıb və jurnalistlərin suallarını cavablandırıb.

İ.Sağatelyan "Müqavimət” hərəkatının ikinci Qarabağ hərəkatı olduğunu bildirib. O, əslində mübarizənin başlanğıcının aprelin 5-indən start götürdüyünü və o zaman prinsip və tələblərin Azadlıq meydanında açıq-aydın təqdim olunduğunu deyib.

Sağatelyan Paşinyanın Qarabağ məsələsi ilə bağlı məşhur çıxışı baş verdikdən sonra onun vəzifədən çıxarılması üçün amansız küçə mübarizəsi başlandığını xatırladıb.

"Aprelin 25-dən biz ümummilli müqavimət hərəkatına başlamışıq və mayın 1-dən bu günə qədər xalqın bu hakimiyyətə qarşı nə qədər müqavimət göstərdiyini görə bilərsiniz", - deyə İşxan Sağatelyan bildirib.

İ.Sağatelyan erməni xalqının məcbur edilən heç bir güzəşti qəbul etməyəcəyini və Nikol Paşinyanın ölkəni yeni güzəştlərə aparmağa heç bir mandatı olmadığını, bu iqtidarın hakimiyyətdən kənarlaşdırılması üçün ictimai tələb yarandığını bildirib.

İşxan Sağatelyan hakimiyyətə gəldikdən sonra nə edəcəyini cavablandırarkən 2018-ci ildə hökumətin xalqa verdiyi vədlərin heç birini yerinə yetirmədiyi halda, özlərinin o vədləri yerinə yetirəcəklərinə əminliklə söz verib.

Onun sözlərinə görə, Qarabağın itirilməsinin qarşısını almağın tək yolu iqtidarı hakimiyyətdən uzaqlaşdırmaqdır və onlar mütləq buna nail olacaqlar.
İ.Sağatelyan sadalanan problemləri aradan qaldırdıqdan sonra Azərbaycana müharibə elan edib, danışıqlar aparmayacaqlarını deyil, Bakının istədiyi kimi yox, öz gündəmlərinə uyğun danışıqlar aparacaqlarını bildirib. 

Daha sonra o əlavə edib ki, onlar ölkəni bu vəziyyətdən çıxarmaq üçün məsuliyyət daşımağa hazır olan ən yaxşı komanda yaradacaq və ölkəni bu vəziyyətdən çıxara bilmək üçün bütün potensialı birləşdircəklər.

Telman